Logo

Dünya Azərbaycan və Türkiyə qardaşlığının daha bir təntənəsinə şahidlik edir

Dünya Azərbaycan və Türkiyə qardaşlığının daha bir təntənəsinə şahidlik edir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Teknofest” Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalıdır. “Türkiyə Texnologiya Komandası” – T3 Fondu və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi tərəfindən 2018-ci ildən etibarən hər il təşkil olunur. “Teknofest” Aviasiya, Kosmos və Texnologiya Festivalının Türkiyədən kənarda ilk dəfə Azərbaycanda keçirilməsi iki ölkə arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin növbəti təzahürüdür.

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.  Reallıq budur ki, bu gün Türkiyə-Azərbaycan münasibətləri tarixin ən yüksək zirvəsindədir. Tarix boyu Türkiyə və Azərbaycan heç vaxt bu qədər bir-birinə yaxın olmayıblar. İstər Vətən müharibəsinin gedişi, istərsə də postmünaqişə dövründə atılan addımlar nümunəvi xarakteri ilə diqqət çəkib. Savaşın getdiyi dövrdə Türkiyənin dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. Türkiyə bütün beynəlxalq təzyiqlərə sinə gərərək Azərbaycana qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Bütün bunlar Ermənistana və onun havadarlarına siyasi baxımdan mesaj idi: Türkiyə hər zaman olduğu kimi, Azərbaycanın yanındadır və onun maraqlarını sonadək müdafiə edəcək.

Dünyada beynəlxalq münasibətlər müstəvisində bu cür yaxın münasibət quran ikinci bir dövlət görə bilmərik. Bütün bunları nəzərə alsaq, Azərbaycan və Türkiyə əlaqələri bu gün ən yüksək səviyyədə inkişaf edir.

Bu gün dünya Azərbaycan və Türkiyə qardaşlığının daha bir təntənəsinə şahidlik edir. Mayın 29-dək davam edəcək festivalın sərgi hissəsində insan zəkasının məhsulu olan son texnoloji yeniliklər nümayiş etdiriləcək. Festival çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin, eləcə də Türkiyənin “Türk Yıldızları” və “Solo Türk” aerobatika komandalarının nümunəvi pilotaj uçuşları təşkil olunacaq.

Aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunması gələcəkdə böyük işlərin ilk toxumlarının səpilməsi deməkdir.

Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı əbədidir, sarsılmazdır, dünyaya nümunədir.

Elnur Abbaszadə

"Ata-Hüquq” şirkətinin rəhbəri

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR