Tarix təkrarlanır!
Son 30 ildə arzu və ümidlərlə yaşasaq da, bəzən pessimizmə də qapılırdıq. Çünki görürdük ki, ağa-ağ, qaraya-qara demək gücündə olanlar bu dünyada düşündüyümüzdən qat-qat azdır. Görürdük ki, guya ərazi bütövlüyünün toxunulmazlığı prinsipini uca tutduqlarını bəyan edənlərdən bəziləri, əslində, niyyətlərində səmimi deyillər. Onun da şahidi olduq ki, BMT kimi mötəbər beynəlxalq təşkilatın dörd məlum qətnaməsinə imza atanlar Ermənistandan işğal siyasətinə dərhal, tam və qeyd-şərtsiz son qoymasını