“Yapı Kredi Bank Azərbaycan” aztəminatlı ailələrə öz biznesini qurmaqda dəstək olur

“Yapı Kredi Bank Azərbaycan” aztəminatlı ailələrə öz biznesini qurmaqda dəstək olur
 

Həssas əhali qruplarının özünüməşğulluğunun təşkilində banklar arasında sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə dəstək vermək məqsədi ilə Yapı Kredi Bank Azərbaycan bir neçə şəxsin biznes ideasının reallaşdırılmasına dəstək verməyi qərara almışdır. 

Bank Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair imzalanmış Memoranduma qoşularaq may ayından etibarən bir neçə aztəminatlı şəxsin öz işini qurması üçün bütün lazımlı avadanlıqlarla təmin edilməsinə dəstək verir.

Memorandumdan irəli gələrək Yapı Kredi Bank Bakı şəhərində və ətraf regionlarda yaşayan sosial müdafiəyə xüsusi ehtiyacı olan aztəminatlı ailələrə, həmçinin əlilliyi olan şəxslərə, şəhid ailələrinə və məcburi köçkünlərə iqtisadiyyatın müxtəlif sahələrində kiçik ailə bizneslərini qurmaq üçün dəstəkləyici tədbirlərin görülməsi istiqamətində işə başlamışdır. May ayından başlayaraq şəhid ailəsinin üzvü və aztəminatlı olmaqla 2 ailəyə müvafiq olaraq broyler və un məmulatları sexini yaratmaq üçün tələb olunan material, ləvazimat və digər gərəkli əmlakının alınması işinə başlamışdır.

Eyni zamanda bank növbəti aylarda bu fəaliyyətini genişləndirərək daha bir neçə həssas qrup nümayəndəsinin özünməşğulluğuna dəstək vermək üçün işləri davam etdirir. Yaxın aylarda daha bir neçə ailənin kiçik biznes idealarının reallaşmasına töhvə verəcəkdir. 
Yapı Kredi Bank Azərbaycan respublikamızda mikro, kiçik və orta sahibkarlığın inkişafına hər zaman dəstək göstərərək, bu sahəyə kredit verilməsini prioritet götürməklə yanaşı, korporativ sosial məsuliyyət proqramlarına da hər zaman böyük əhəmiyyət vermişdir. Proqramın iştirakçıları verilən dəstək gələcəkdə yeni iş yerlərinin yaradılması və sosial rifahın yüksəldilməsinə kömək edəcək. 

OXŞAR XƏBƏRLƏR

Bakıda 21 yaşlı model faciəvi şəkildə ÖLDÜ - FOTO

Bakıda gənc qız dəm qazından boğulub.   Sfera.az xəbər verir ki, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsəno...

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində ÇIXIŞ EDİR - YENİLƏNDİ - 2 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edir. &...

Rusiyanın “GÖZÜ DÖNÜB”: “Ukrayna üçün çətin dövr başlayır” 

“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək”.   Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatın...

Blinken çinli həmkarı ilə Ukraynanı müzakirə edəcək

ABŞ-nin dövlət katibi Antoni Blinken Pekində çinli həmkarı Van İ ilə görüşüb.   Sfrera.az-ın “Reuters“ə istinadən xəbərinə görə, bağlı qa...

Leysan nəticəsində həbsxanadan 118 məhbus QAÇDI

Nigeriyanın paytaxtı Suleja yaxınlığında leysan yağışlar nəticəsində həbsxanadan 118 məhbus qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv H...

Bakıda qadın buna görə mağazadan QOVULDU - VİDEO

Bakıda mağazalardan birində qəribə hadisə yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbələlərdə yayılıb.   Belə ki, ...