“Yanukoviçin aqibəti səni də gözləyir” - Poroşenko satın aldığı televiziyadan Zelenskiyə səsləndi

“Yanukoviçin aqibəti səni də gözləyir” - Poroşenko satın aldığı televiziyadan Zelenskiyə səsləndi
Pyotr Poroşenko televiziya kanalı satın alalaraq Zelenskiyə müraciət edib.

Sfera.az ria.novosti -yə istinadla xəbər verir ki, Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko "Pryamoy” telekanalının sahibi olduğunu və həmin telekanalı Ali Radanın keçmiş millət vəkili Vladimir Makeyenkodan satın aldığını bildirib, amma ödədiyi məbləği açıqlamayıb.

"Bu səhər Makeyenko mənə zəng vurdu. Kanalı qorumaq üçün məndən kömək istədi. Söylədi ki, tək günahı kanalı dəstəkləmək, təmin etmək, maliyyələşdirmək və qorumaq üçün illərlə zəhmət çəkməsidir. Amma indi köməyə ehtiyacı var. Odur ki, iki saat əvvəl bir müqavilə imzaladıq və mən xeyriyyəçiliyə sərf edə biləcəyim böyük məbləğ ödəyib "Pryamoy kanal”ı satın aldım. İndi dövlət reestrində kanalın əsas benefisiar sahibi 100 faiz Pyotr Alekseyeviçə məxsus olan  Prime Assets Capital-dır”,- deyə Poroşenko "Pryamoy”un canlı efirində bəyan edib.
 
Poroşenko həmçinin bu günlərdə anonsu verilən Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTŞ)  iclası ərəfəsində  hazırkı dövlət başçısına da müraciət edib.
 
"Vladimir Aleksandroviç (red. Zelenski) Milli Təhlükəsizlik və Müdafiə Şurasının sabahkı iclasında "terrorçu” Poroşenkoya qarşı sanksiyalar tətbiq edə bilərsiniz, amma sizə "5 kanal”ı(red. Sözügedən kanalın sahibi Poroşenkodur) bağlamağa çalışan Yanukoviçin (red. Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç) aqibətini yada salmağı məsləhət görürəm. Onun başına gələnləri dəqiqliklə,  günbəgün izləyin. Xatırladım ki, onun aqibəti heç də yaxşı olmadı.  Söz azadlığını qorumaq üçün əlimdən gələni edəcəyəm”, - deyə Poroşenko əlavə edib.
 
Tərcümə: Selcan
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Özünü heyvan sümükləri ilə ölü göstərən Rafətlə bağlı DETALLAR: 6 ay sonra Bakıda... - FOTO

Sabirabadın Bulduq kəndi ərazisində maşında yanmış sümüklərinin tapıldığı deyilən, amma 6 ay sonra Bakıda sağ-salamat tutulan iş adamı Rafət Qəniyevin necə...

Zelenskiyə qarşı sui-qəsd cəhdinin DETALLARI: "Çətin ki..."

Ötən gün Ukrayna Təhlükəsizlik Xidməti Prezident Volodimir Zelenski, Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk, Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kiril Buda...

"Putin-Paşinyan görüşü hər iki tərəf üçün önəmlidir" - Peskov

"Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında mayın 8-də Moskvada keçiriləcək görüş hər iki tərəf üçün önəmlidir"...

Bolqarıstan prezidenti və birinci xanımın şərəfinə rəsmi NAHAR VERİLDİ

Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Bolqarıstan Prezidenti Rumen Radevin və birinci xanım Desislava Radevanın şərə...

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə TANIŞ OLDU - FOTO

Bolqarıstanın birinci xanımı Desislava Radeva Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub.   Sfera.az xəbər verir ki, mədəniyyət nazirinin ...

Rusiya XİN: "Üçtərəfli bəyanat aktuallığını qoruyur"

Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli bəyanat indiki şəraitdə öz aktuallığını saxlayır, onun alternativi yoxdur.   ...