\"Putin-Paşinyan görüşü hər iki tərəf üçün önəmlidir\" - Peskov

\

"Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında mayın 8-də Moskvada keçiriləcək görüş hər iki tərəf üçün önəmlidir".


Sfera.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

 

“Prezidentin iş gününün sonunda Vladimir Putin və Nikol Paşinyan arasında ayrıca ikitərəfli görüş də planlaşdırılır. Görüş zəruridir və hər iki tərəfdən gözlənilir”.

 

Peskov həmçinin qeyd edib ki, günorta Ali Avrasiya İqtisadi Şurasının məhdud və geniş tərkibdə iclasları keçiriləcək, iclasda Rusiya lideri də iştirak edəcək. O xatırladıb ki, tədbir Avrasiya İqtisadi İttifaqı (Aİİ) haqqında Müqavilənin imzalanmasının onuncu ildönümünə həsr olunub, Özbəkistan və Kuba prezidentləri də orada müşahidəçi qismində iştirak edəcəklər.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR