"8000 dollar və 930 min..." - Külli miqdarda oğurluğa səbəb qohumu imiş + FOTO

“Qohum qohumunun evində pul olması ilə bağlı məlumatı niyə versin? Bilinməlidir ki, nəticə həmişə eyni qapıya çıxır”.

 

Sfera.az bildirir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev deyib.

 

“Lənkəran Liman şəhəri ərazisində yerləşən evlərdən birindən 8000 ABŞ dolları və 930000 rus rublunun oğurlanması ilə bağlı polisə məlumat daxil olub. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Rahim Əkbərov, Elşən Mirzəzadə və Rövşən Nuruşov saxlanılıblar.

 

Araşdırma zamanı məlum olub ki, dəstənin digər üzvlərinə həmin evdə külli miqdarda pulun olması barədə məlumatı zərərçəkənin qohumu R.Əkbərov verib”.

 

E.Hacıyev bildirib ki, araşdırmalar davam etdirilir.

 

Günay


OXŞAR XƏBƏRLƏR