Sabit məzənnə dolları dəyərsizləşdirir - Ekspert səbəbi AÇIQLADI

Sabit məzənnə dolları dəyərsizləşdirir - Ekspert səbəbi AÇIQLADI

Milli valyutanın məzənnəsinin sabit tutulması ev təsərrüfatlarının, biznesin itkilərini artırır. Sabit məzənnə dollar əsaslı yatırımları, istehlak və xidmət səbətlərini də kəskin dəyər itkisi ilə üzləşdirir.


Sfera.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev bildirib. 

 

Ekspertin fikrincə, manatın dönərli valyutalar qarşısında real dəyər qazana bilməməsi yalnız ucuz idxalın təmin edilməsi baxımından əhəmiyyətlidir. R.Ağayevin sözlərinə görə digər cəhətdən isə sabit məzənnə əhəmiyyətli deyil:

 

“Məsələn, məzənnənin sabit tutulduğu 2016-2024-cü illərdə yaşayış minimunun dəyəri dollar ifadəsində 2 dəfə artaraq 80 dollardan 160 dollara yüksəlib. Bu o deməkdir ki, insanların sandıqda saxladığı 10 min dolların alıcılıq qabiliyyəti ötən 8 ildə 2 dəfə azalıb. Nəzərə alaq ki, gətirdiyim bu müqayisə istehlak qiymətləri indeksinə əsaslanır. Amma ötən dövrdə sənaye, aqrar və xidmət seqmenti üzrə istehsalçı qiymət indekslərinin artım tempi bundan daha yüksək olub”.


R.Ağayev bildirib ki, hətta dollarla olan vəsait sandıqda tutulmayıb depozit kimi bankda saxlansa belə, xarici valyutalara verilən faizlər (1-1,5%) yığımları dollar əsaslı inflyasiyadan maksimum 10-12%-lik intervalda qoruyacaqdı.

 

Vasif

 


OXŞAR XƏBƏRLƏR