Logo

“ARB Xəbər” çəkdi, nazirlik Narkoloji Dispanserin köçürülməsinə QƏRAR VERDİ - VİDEO - FOTO

“ARB Xəbər” çəkdi, nazirlik Narkoloji Dispanserin köçürülməsinə QƏRAR VERDİ - VİDEO - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ötən gün "ARB Xəbər"in təqdim etdiyi sujetlə bağlı yaranan "Dispanserin ərazidən köçürülməsi planlaşdırılırmı, yaxud, belə bir addımın atılması mümkündürmü?" sualına Səhiyyə Nazirliyindən cavab gecikməyib.

Sfera.az milli.az-a istinadla xəbər verir ki, məsələyə reaksiya verən nazirlik "ARB Xəbər"in çəkiliş komandasını elə sözügedən müəssisəyə dəvət edib.

ARB TV-nin əməkdaşları Səhiyyə Nazirliyinin dəvəti ilə Narkoloji Dispanserdə olub.

Narkoloji dispanserin baş həkimi Qalib Məmmədov isə açıqlamasında bildirib ki, müəssisənin yerinin dəyişdirilməsi ilə bağlı Səhiyyə Nazirliyinin qəti qərara gəlib.

Qalib Məmmədov - Narkoloji Dispanserin baş həkimi: "Siz gəlməmişdən əvvəl mənə nazirlikdən xəbər verildi ki, sakinlərin narazılığını aradan götürmək üçün bu məntəqə köçürüləcək başqa bir ünvana. Çox yaxın bir müddətdə, yəqin ki, gələnə həftəyə köçürüləcək".

Baş həkim onu da əlavə edib ki, artıq köçürülmə işləri ilə bağlı lazımı tədbirlərə start verilib. Hətta narkoloji dispanserin fəaliyyət göstərəcəyi yer də tapılıb. Bircə qalır müəssisənin köçürülməsi və bu köç prosesində "ARB Xəbər"in iştirakı. Təbii ki, narazı sakinlərə xoş xəbəri çatdırmaq üçün.

Xatırladaq ki, "ARB Xəbər" ötən gün Yasamal rayon sakinlərinin Narkoloji Dispanserdən şikayəti işıqlandırılmışdı.

Sakinlər şikayət edərək bildiriblər ki, orada müayinə və müalicə olunan narkomanlar həmin ərazi üçün təhlükəyə çevriliblər.

Belə ki, onlar həm müxtəlif dərmanlar qəbul edir, həm də ərazidə yüksək səslə, nalayiq söyüşlər söyərək onları narahat ediblər.

Milli.Az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR