Logo

Premyer Liqa: “Zirə” 3 xalı 3 qolla qazandı

Premyer Liqa: “Zirə” 3 xalı 3 qolla qazandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Premyer Liqasının IX turunda “Zirə” və “Sumqayıt” komandaları üz-üzə gəlib.

Sfera.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

“Qartallar”ın qollarını 8-ci dəqiqədə penaltidən Ruan Renato, 21-ci dəqiqədə Rikardo Martins və 83-cü dəqiqədə Davit Volkov vurublar.

“Kimyaçılar”ın heyətində isə Nihad Əhmədzadə 39-cu, Keffel Resende 56-cı dəqiqədə fərqlənib.

Bu nəticədən sonra Rəşad Sadıqovun komandası xallarının sayını 15-ə çatdıraraq turnir cədvəlinin dördüncü pilləsinə yüksəlib. “Sumqayıt” isə 8 xalla səkkizinci yerdə qərarlaşıb.

Qeyd edək ki, günün ilk qarşılaşmasında “Qəbələ” səfərdə “Araz-Naxçıvan”ı 2:1 hesabı ilə məğlub edib.

Turun digər görüşləri oktyabrın 24 və 25-də keçiriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR