Vüqar Biləcərinin atası: \"Onu bədbəxt edən Samirə olub\"

Vüqar Biləcərinin atası: \
Mərhum meyxanaçı Vüqar Biləcərinin atası "Elgizlə izlə" proqramına telefonla zəng edib.

Sfera.az xəbər verir ki, Zakir bəy övladının Samirə ilə eşq münasibətlərindən bəhs edib. O bildirib ki, Samirəni heç vaxt oğlunun sevdiyi qadın kimi qəbul etməyiblər:

"Ailəsi kimi qəbul etməmişik. Heç o adda adamı tanımamışıq. Vüqar rəhmətə gedən günü gəldi hay-küy saldı. Onu bədbəxt edən Samirə olub. Yalan söhbətdir, münasibətləri o həddə olmayıb. Elə-belə münasibət olub. Eyib olsun ona ki, elə sözlər danışır".

"Geyindiyi köynəyi mən almışam, ondan utansın. Onunla danışmaq istəmirəm" deyərək, Samirə ona cavab verib.

Qeyd edək ki, Zakir bəyin açıqlamasına səbəb Vüqar Biləcərinin sevgilisi olan Samirənin efirdəki açıqlaması olub. "Evlənməyi mən istəməmişəm. Deyirlər, ailəsi qəbul etməyib. Gedək ailəsinin evinə, görün istəməyiblər? Vüqar anasının vurğunu idi. Anası onun üçün seçim qoysaydı... Anası da o cür qadın deyildi" deyə, Samirə açıqlamasında deyib.
 

(axşam.az)

OXŞAR XƏBƏRLƏR

Prezident: "COP29 qarşıdurma arenası olmayacaq"

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ ...

Prezident: "Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"

Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İl...

Prezident: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir.   Sfera.az xəbər verir...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun aprelin 26-da Berlində keçirilən birgə mətbuat ko...

Prezident: "Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq"

2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə...

55 saat 24 saniyə davam edən müsahibə ilə REKORD QIRDI

Dünyanın ən uzun müsahibəsi 55 saat davam edib və Ginnesin Rekordlar Kitabına düşüb.   Sfera.az xəbər verir ki, nigeriyalı qadın Klara Çizoba K...