Vilayət Eyvazov Mirqafar Seyidovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
18:00 / 18.06.2020
3635
Daxili İşlər Nazirliyində kadr islahatları aparılıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Bakı şəhər Baş Polis İdarəsinin rəisi, general-mayor Mirqafar Seyidovu tutduğu vəzifədən azad edib. M. Seyidov səhhətində yaranmış problemlərə görə, öz ərizəsi ilə işdən çıxıb.
Qeyd edək ki, M. Seyidov 2014-cü ildən Bakı şəhər Baş Polis İdarəsinin rəisi idi.