Uğurlu Horadiz əməliyyatından 25 il ötür - VİDEO

Uğurlu Horadiz əməliyyatından 25 il ötür - VİDEO
Azərbaycan Silahlı Qüvvələrinin uğurlu Horadiz əməliyyatından 25 il ötür.

Horadiz əməliyyatı 1993-cü ilin dekabrından başlayıb, 1994-cü ilin 5 yanvar tarixinə kimi davam edib.
Həmin vaxt ermənilər Sarkisyanın əmri ilə Beyləqana hücum ediblər. Hücumun qarşısını kəsən milli ordumuz əks-hücuma keçərək, qısa müddətdə Füzuli rayonunun böyük hissəsini azad edib. Döyüşlər Füzuli və Cəbrayılın şəhər mərkəzlərində davam edib, ordumuzun bölmələri Xudafərin körpüsünə kimi irəliləyiblər. Lakin əməliyyatı tam müvəffəqiyyətlə başa çatdırmaq mümkün olmayıb. Ermənilərin köməyinə yeni bölmələr gəlib.

Aramsız atışmalar sonrasında Azərbaycan Milli Ordusu Horadiz qəsəbəsini və Füzulinin 20 arazboyu kəndini, o cümlədən Cəbrayılın Cocuq Mərcanlı kəndini işğaldan azad edə bilib. 21 min hektar ərazi düşmən tapdağından xilas olunub. Bu döyüşlərdə düşmənin itkiləri Azərbaycan tərəfindən 2 dəfə çox olub. Horadiz əməliyyatı Azərbaycan Milli Ordusunun 1994-cü ilin qış kampaniyasında keçirdiyi ən uğurlu əməliyyatdır. Əməliyyatda misilsiz qəhrəmanlıq nümunələri göstərdiklərinə görə 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Horadiz əməliyyatında iştirak edən 702-ci briqada 5 yanvar tarixində bir gün ərzində qənimət olaraq 3 tank, 1 ədəd "Şturm-S”, 6 ədəd top, 6 ədəd top qoşqusu, 10-a yaxın nəqliyyat vasitəsi, çoxlu sayda silah və sursat götürüb. Düşmən ağır itkilər verərək cəsədlərini döyüş meydanında qoyaraq geri çəkilib.



OXŞAR XƏBƏRLƏR

Bakıda 21 yaşlı model faciəvi şəkildə ÖLDÜ - FOTO

Bakıda gənc qız dəm qazından boğulub.   Sfera.az xəbər verir ki, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsəno...

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində ÇIXIŞ EDİR - YENİLƏNDİ - 2 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edir. &...

Rusiyanın “GÖZÜ DÖNÜB”: “Ukrayna üçün çətin dövr başlayır” 

“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək”.   Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatın...

Blinken çinli həmkarı ilə Ukraynanı müzakirə edəcək

ABŞ-nin dövlət katibi Antoni Blinken Pekində çinli həmkarı Van İ ilə görüşüb.   Sfrera.az-ın “Reuters“ə istinadən xəbərinə görə, bağlı qa...

Leysan nəticəsində həbsxanadan 118 məhbus QAÇDI

Nigeriyanın paytaxtı Suleja yaxınlığında leysan yağışlar nəticəsində həbsxanadan 118 məhbus qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv H...

Bakıda qadın buna görə mağazadan QOVULDU - VİDEO

Bakıda mağazalardan birində qəribə hadisə yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbələlərdə yayılıb.   Belə ki, ...