Unibank Respublika Günü münasibəti ilə əmanət kampaniyası keçirir

Unibank Respublika Günü münasibəti ilə əmanət kampaniyası keçirir
 

Bu gün həyatınızda yeni bir başlanğıc olsun! Hər pis günün bitdiyinə bizi inandıran, dostlarımıza, kollektivimizə, şəhərimizə, dənizimizə qovuşduğumuz bu gündə, gələcək planlarınızla bağlı vacib bir addım atın. "Unibank”ın sizin, övladlarınızın gələcəyinə sərmayə qoyuluşu üçün başlatdığı sərfəli əmanət kampaniyasından faydalanın!

İndi "Unibank”da manat əmanət hesabı açmaq daha da sərfəli olub. 28 May Respublika Günü münasibəti ilə keçirilən kampaniya çərçivəsində qoyulan manat əmanətlərinə, Unibank əlavə 2% hədiyyə edir. İyunun sonunadək davam edən kampaniya zamanı öz vəsaitlərinizi sərfəli faizlə, güvəndiyiniz bankınıza etibar edə bilərsiniz. Aksiya çərçivəsində "Müddətli” depozitin faiz dərəcəsi müddətin sonuna 10%-ə, "Yığım” depozitinin faiz dərəcəsi isə illik 7%-ə yüksəlib.

Unibankda əmanət hesabı açmaqla, hansı üstünlükləri qazanırsınız?
- Ölkənin stabil inkişaflı və mənfəətli bankının 1 milyondan artıq müştərisindən biri olursunuz;
- Bazarda çox sərfəli depozit faizləri əldə edirsiniz;
- Depozitiniz Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur;
- Vəsaitiniz daha təhlükəsiz ünvanda saxlanılaraq, sizə illik artım gətirir.

Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondunun qərarı ilə qorunan əmanətlərin yuxarı həddi 12% təşkil edir və Unibanka yerləşdirilən bütün əmanətlər sığortalanır.

Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. "Unibank”ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan, səhər saat 09:00-dan axşam 17:00-dək fəaliyyət göstərir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , //twitter.com/unibank) əldə etmək olar.

OXŞAR XƏBƏRLƏR

Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - FOTOLAR

Müasir Azərbaycanın memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə Abşeron rayonunda tədbir keçirilib. &...

Bakıda İran vətəndaşının narkokuryerləri həbs edildi

Narkotikləri Bakıda müxtəlif ünvanlara yerləşdirərək bu barədə İran vətəndaşına məlumat verməli olan kuryerlər - Məhəmməd Kərimov və tanışı əvvəllər məhkum olun...

Bolqarıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı

Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri mayın 8-də başa çatıb.   Sfera.az  xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqla...

Modeli döyməkdə təqsirləndirilən biznesmen külli miqdarda pul mənimsəyib?

Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) külli miqdarda qanunsuz kredit almaqda təqsirləndirilən Ziya Hüseynzadənin cinayət işi üzrə növbəti məhkəmə pros...

Əsədov Əliyevin məktubunu Ərdoğana təqdim etdi

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfəri çərçivəsində mayın 8-də Prezident Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.   Sfera.az xəbər verir ...

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanıldı

Sumqayıtda özünü qazi kimi təqdim edərək dələduzluq əməlləri törtətməkdə şübhəli bilinən 1989-cü il təvəllüdlü Elşad Nağıyev saxlanılıb.   Sfera.az x...