Bolqarıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı

Bolqarıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı

Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri mayın 8-də başa çatıb.

 

Sfera.az  xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Bolqarıstan Prezidenti Rumen Radevi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər yola salıblar.

 


OXŞAR XƏBƏRLƏR