NATO-nun təlimi zamanı 11 əsgər YARALANDI

NATO-nun təlimi zamanı 11 əsgər YARALANDI

İsveçdə NATO-nun "Swift Response" təlimi zamanı paraşütlə tullanma nəticəsində 11 əsgər yaralanıb. 

 

Sfera.az xəbər verir ki, bu barədə “Aftonbladet” qəzeti məlumat yayıb.


Nəşrin məlumatına görə, ABŞ, Macarıstan və İtaliyadan ümumilikdə 11 hərbçi yaralanıb. 


Onlardan 9-u helikopterlə təxliyə edilib, ikisi xəstəxanaya çatdırılıb.

 

Zərərçəkənlərdə sınıq və digər xəsarətlər olsa da, onların həyatları üçün təhlükə olmadığı qeyd edilib.

 

Əzizə
 


OXŞAR XƏBƏRLƏR