Türkiyə millət vəkili Ərdoğanı \"divara dirədi\": \"Qarabağa qoşun yeridək...\"

Türkiyə millət vəkili Ərdoğanı \
Xəbər verildiyi kimi Türkiyə Böyük Millət Məclisi yanvarın 2-də Liviyaya hərbi qüvvələrin göndərilməsinə icazə verən qətnamə qəbul edib. Liviya Milli barışıq hökumətinin xahişi əsasında prezident Ərdoğanın göstərişi ilə hazırlanan qətnamə layihəsinə 325 deputat dəstək verib, 184 deputat qətnamənin əleyhinə çıxıb.

Liviyada davam etməkdə olan vətəndaş müharibəsində Türkiyə Fayez Saracın başçılıq etdiyi və BMT-nin tanıdığı Milli barışıq hökumətini dəstəkləyir. Lakin Liviyanın bir hissəsinə nəzarət edən feldmarşal Xəlifə Haftarın başçılıq etdiyi Liviya Milli Ordusu paytaxt Tripolini tutmaq üçün bir ilə yaxındır döyüşlər aparır. Haftarın ordusunu Rusiya və Misir dəstəkləyir.

Türkiyə indiyə qədər Fayez Saracın hökumətinə bağlı qüvvələrə, silah-sursat, pilotsuz təyyarələr və hərbi təlimatçılar göndərməklə dəstək verib. İndi isə Türkiyə ordusunun Liviyaya göndərilməsinin yolu açılıb. Gözlənilir ki, birinci mərhələdə Türkiyə suriyalı ərəblərdən ibarət muzdlu dəstələrini Liviyaya göndərəcək.

Türkiyənin Liviyaya hərbi qüvvələr göndərməsinə dair müzakirələrdə CHP və İYİ partiyadan olan millət vəkilləri bu qərarın əleyhinə çıxıb.

Virtualaz.org xəbər verir ki, İYİ partiyadan olan millət vəkili Aytun Çıray müzakirələrdə söz alaraq deyib: "Sayın cümhurbaşqanı "dəvət edildiyimiz yerə gedərik” dedi. Bu məntiqlə dəvətə nə gərək var? Qardaş Azərbaycanın torpaqlarının 20 faizi işğal altındadır. Haydı, qalxın, əvvəlcə gedək o torpaqları azad edək. Reallıqlar və maraqlar var. "Barış Pınarı” hərəkatını dəstəklədik, nə oldu? İrəliləyən türk ordusunu bir tvit-lə dayandırdınız. Əhali indi sual edəcək, Liviyada nə işimiz var deyə. Yeni problemlərə ehtiyac varmı? Şərqi Ağdənizdə bu qədər problem var ikən ordunun gücünü niyə ikiyə bölürsünüz? Məsum şəhit qanlarında boğulmayın”.

AKP-dən olan millət vəkilləri isə Çırayın bu çıxışını qınayıblar.

OXŞAR XƏBƏRLƏR

ABB ABŞ-yə ilk bankçılıq missiyasında iştirak etdi - FOTO

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ölkəm...

Prezident: "Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq"

Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələb artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu...

Prezident: "COP29 qarşıdurma arenası olmayacaq"

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ ...

Prezident: "Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"

Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İl...

Prezident: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir.   Sfera.az xəbər verir...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun aprelin 26-da Berlində keçirilən birgə mətbuat ko...