ABB ABŞ-yə ilk bankçılıq missiyasında iştirak etdi - FOTO

ABB ABŞ-yə ilk bankçılıq missiyasında iştirak etdi - FOTO

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ölkəmizin ilk bank missiyasının ABŞ-yə işgüzar səfəri başa çatır.

 

Missiyada ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov da iştirak edib.

 

Səfər zamanı ABŞ Dövlət Departamentində, ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasında, eləcə də ABŞ-nin aidiyyəti dövlət təşkilatlarında, maliyyə qurumlarında görüşlər keçirilib. Bank sektorundakı qlobal trendlərə, müasir çağırışlara diqqət yönəlib. Yaşıl enerji, kənd təsərrüfatı və aviasiya sahələrində mövcud imkanlar və iri layihələrin birgə maliyyələşməsi imkanları, müxbir əlaqələr, risklərin idarə edilməsi, komplayns, süni intellektin bank əməliyyatlarında tətbiqi və s. mövzularda müzakirələr aparılıb. ABŞ-nin maliyyə institutları ilə Azərbaycan bankları, o cümlədən sektorun aparıcı bankı kimi ABB arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi imkanları dəyərləndirilib.

 

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov “Exim Bank”da, ABŞ Ticarət Nazirliyinin Beynəlxalq Ticarət Administrasiyasında keçirilən görüşlərdə müvafiq mövzularda təqdimatlarla çıxış edib. Missiya iştirakçıları Honeyvell Texnologiya və Təcrübə Mərkəzinə də baş çəkiblər.

 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


OXŞAR XƏBƏRLƏR

ABŞ səfirindən PAYLAŞIM: "Şuşada olduğuma görə xoşbəxtəm"

Şuşada olduğuma görə xoşbəxtəm.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratları...

Simonyan: "Müxalifət Ermənistanı müharibəyə sürükləyir"

Ermənistanı müharibəyə sürükləmək üçün müxalifət əlindən gələni edir.   Sfera.az “news.am”a istinadən xəbər verir ki, bunu Ermənista...

Mayın 8-i ilə bağlı XƏBƏRDARLIQ - RƏSMİ

Günəş küləyinin sürətinin müsbət qütblü Yüksək Sürətli Tac dəliyi Axınlarının və TKA-ın təsiri ilə artacağı gözlənilir.   Şamaxı Astrofizika Rəsədxan...

“Nə Bayden, nə də Tramp” – ABŞ-də yeni seçici qrupu YARANDI 

ABŞ-də prezident seçkiləri ilə bağlı yeni anket təqdim olunub.   Sfera.az bildirir ki, buna əsasən, ölkədə yenidən prezidentliyə namizəd olan Co Bayd...

Unibank kredit faizini aşağı saldı, kredit məbləğini və müddəti artırdı!

Unibank müştərilərinin üç istəyini bir məhsulda birləşdirib. Bank nağd kreditlərin faizini xeyli aşağı salıb, kreditin maksimal məbləğini və verilmə müddətini i...

ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatdı!

ABB-nin tərəfdaşlığı ilə ADA Universitetində keçirilən “Karyera Həftəsi” başa çatıb. “Karyera Həftəsi”nə ümumilikdə 137-dən çox qurum qa...