Toysuz qalıb Rusiyaya üz tutan müğənnilər - ADLAR

Toysuz qalıb Rusiyaya üz tutan müğənnilər - ADLAR
Artıq bir il olacaq ki, koronovirus infeksiyasının qarşısının alınması məqsədilə toyların keçirilməsinə qadağa qoyulub. Buna görə də şou-biznes simaları işsiz qalıblar.

Sfera.az xəbər verir ki, bir neçə müğənni işsiz qalmağın çarəsini tapıblar. Belə ki, onlar Rusiyaya üz tutublar. Axşam.az-a istinadla toy üçün Moskvaya köçən müğənniləri təqdim edirik:

Müğənni Fədayə Laçın bir ilə yaxındır ki, Rusiyadadır. Əvvəl konsert verməyə gedən ifaçı pandemiyaya görə orada qalıb. Sənətçi yolların bağlandığını, Bakıya qayıda bilmədiyini deyib. İndi isə o, Rusiyada toy məclislərinə qatıldığı üçün Azərbaycana qayıtmağı düşünmədiyini söyləyib.

Müğənni Şəbnəm Tovuzlu da ötən aydan Rusiyaya köçüb. İfaçı əvvəl konsert verməyə getsə də, geri qayıtmağa tələsməyib. Şəbnəm indi toy məclislərinə qatılır.

Müğənni Xəyyam Nisanov da bu aralar Rusiyaya tez-tez gedən sənət adamlarındandır. Pandemiyadan əvvəl də Rusiya toylarının əksəriyyətində yer alan sənətçi bu dəfə ənənəsinə sadiq qalıb.

Azərbaycanda toyların keçirilməsinə icazə verilmədiyini görən müğənni Zenfira İbrahimova da üz tutub Rusiyaya. Artıq bir aya yaxındır ki, ifaçı Rusiyada qalır. O, qatıldığı məclislərdən görüntüləri sosial şəbəkədə yayımlayır.

OXŞAR XƏBƏRLƏR

İlham Əliyev: "Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır"

Son vaxtlar mənim Almaniyaya səfərlərim müntəzəm xarakter alıb. Deyə bilərəm ki, son müddət ərzində Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayı...

“Qazprom” qiymətləri artırmaq istəyir, Ermənistan Bakıdan qaz ala bilərmi? - AÇIQLAMA

“Azərbaycan çox rahat şəkildə Ermənistanı qazla təmin edə bilər”.   Bunu Sfera.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. ...

Olaf Şolts İlham Əliyevə iqlim dəyişiklikləri ilə mübarizəsinə görə TƏŞƏKKÜR ETDİ

Azərbaycanın enerji sektorunda, xüsusilə külək, günəş enerjisi sahəsində 2030-cu ilə qədər faiz göstəricisini artıracağı çox gözəl xəbərdir.   Sfera....

Olaf Şolts: "Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır"

Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır. Son görüşdə hər ikiniz məni açıq olan sualların sülh yolu ilə həllini tapacağına əmin etdiniz.   Sfera...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı KEÇİRİRLƏR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts aprelin 26-da Berlində mətbuat konfransı keçirirlər...

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...