Cəmİyyət

Ticarət mərkəzləri və “Mall”lar nə vaxt açılacaq? - RƏSMİ

Ticarət mərkəzləri və “Mall”lar nə vaxt açılacaq? - RƏSMİ
 

Xüsusi karantin rejiminin hansı müddətə uzadılacağı gələcək günlərdə bildiriləcək.

Sfera.az  xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

"Lakin xüsusi karantin rejiminin uzadılacağı şübhəsizdir. Bu dövr ərzində kütləvi tədbirlərin keçirilməsi qadağandır.

Bu səbəbdən də, vətəndaşlarımıza bu istiqamətdə tədbirləri planlaşdırmamağı tövsiyə edirik”, - deyə qurum rəsmisi bildirib.

O həmçinin qeyd edib ki, iyunun birindən etibarən ticarət mərkəzlərinin açılması və rayonlara gediş-gəliş məsələsinə baxılacaq.

"Rayonlara gediş şəxsi avtomobillərlə, yoxsa ictimai nəqliyyat vasitəsilə olacaq, bu da müzakirə obyektidir.

Lakin böyük ticarət mərkəzlərinin və "Mall”ların açılması gündəmdədir. Böyük ehtimalla, əgər göstəricilər stabil olarsa, bu barədə qərar veriləcək”, - deyə Ramin Bayramlı vurğulayıb.

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930