Teymur Rəcəbov: “Sevinc göz yaşlarını gizlətmək çətin olur” - MÜSAHİBƏ

Teymur Rəcəbov: “Sevinc göz yaşlarını gizlətmək çətin olur” - MÜSAHİBƏ
Azərbaycan şahmatçısı Teymur Rəcəbov Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinin suallarına cavab verib.
Müsahibəni təqdim edirik:
- İlk olaraq "Airthings Masters” onlayn turnirində qələbə barədə danışaq. Yəqin final görüşü daha çətin alındı?
- Əlbəttə. Adətən turnirdə ən yaxşı formaya malik, inamlı mübarizə göstərən və ən yaxşı nəticə əldə edən iştirakçılar finala vəsiqə qazanır.
- Bu turnirdə siz bir qədər emosional göründünüz. Adətən Teymur Rəcəbovu belə izləməzdik...
- Yaşımız artır (gülür). Əslində çox böyük fiziki və emosional gərginlik yaşadım. Ümumilikdə doqquz gün ərzində 35 partiya oynadım. Fərqli reqlament olmasına baxmayaraq, bəzən klassik oyun oynamaqdan qat-qat çox güc istifadə olunur. Gün ərzində tay-brekləri nəzərə almadan dörd partiya oynanılırdı. Və belə çətin yarışın finalında qələbə qazandıqdan sonra neçə gündür hiss etdiyin bütün bu gərginlik səni tərk edir. Sevinc göz yaşlarını gizlətmək çətin olur. Əvvəllər duyğularımı idarə edirdim. Ancaq burada alınmadı...
- Və qələbədən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sizi təbrik edir...
- Əgər sənin çıxışını vətənində birinci şəxslər qiymətləndirirsə, bu inanılmaz dərəcədə xoşdur və şərəflidir. Bu artıq ikinci təbrikdir (ilk dəfə 2019-cu ildə Dünya Kubokunda qələbə qazandıqdan sonra olub). Bu anda yüksək mənəvi yüksəliş və ölkəm üçün faydalı olduğumu hiss etdim.
- Qarşıda hansı yarışlarda iştirak edəcəksiniz?
- Fevral, mart və mayda dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun növbəti mərhələlərində iştirak edəcəyim gözlənilir. Sonra isə ilin sonuna qədər yarışlar var. Avropa və dünyada epidemioloji vəziyyətdən asılı olaraq, bəzi turnirlərin təxirə salınması və ya ləğvi istisna olunmur.
- Pandemiyaya görə Yekaterinburqda keçirilən İddiaçılar Turnirində iştirakdan imtina etdiniz. Yarış ilk dövrədən sonra dayandırıldı. İddiaçılar Turnirində iştirakçıların sırasına bərpa olunacağınız gözlənilirmi?
- Məsələ burasındadır ki, İddiaçılar Turnirində iştirak etməkdən imtina etməmişəm. Yalnız FIDE-yə bu turniri təxirə salma xahişi ilə məktub göndərdim, çünki pandemiya zamanı iştirakçıların məhdudiyyətlərə görə tam gücləriylə oynaya bilməyəcəklərini düşünürdüm. Turdan əvvəl testin verilməsi, hərarətin ölçülməsi, oteldən çıxmağa qadağanın qoyulması təsirsiz ötüşmür. Şahmatçılardan biri xəstələnsə, hansı tədbirlərin ediləcəyi bəlli deyildi və s. İddiaçılar Turniri artmaqda olan pandemiya vaxtı 22 gün müddətində keçirilməli idi. Maska geyinməklə, demək olar ki, xəstəxana şəraitində şahmat oynamağın psixoloji baxımdan çətin olacağını düşünürdüm. Yeri gəlmişkən, bu turnir martın 15-də başlandı və sona çatdırılmadı. Ümid edirəm ki, FIDE məni dünya çempionu adı uğrunda mübarizədə mühüm yarış hesab edilən İddiaçılar Turnirindən kənarda qoymamaq üçün məqbul bir həll tapacaq.

OXŞAR XƏBƏRLƏR

Prezident: "COP29 qarşıdurma arenası olmayacaq"

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ ...

Prezident: "Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"

Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İl...

Prezident: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir.   Sfera.az xəbər verir...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun aprelin 26-da Berlində keçirilən birgə mətbuat ko...

Prezident: "Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq"

2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə...

55 saat 24 saniyə davam edən müsahibə ilə REKORD QIRDI

Dünyanın ən uzun müsahibəsi 55 saat davam edib və Ginnesin Rekordlar Kitabına düşüb.   Sfera.az xəbər verir ki, nigeriyalı qadın Klara Çizoba K...