Magistratura imtahanı vermək istəyən şəxslərin NƏZƏRİNƏ
"Dövlət İmtahan Mərkəzi tərəfindən 2025-ci il yanvarın 19-da ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün elektron formada sınaq imtahanı keçiriləcək". Bu barədə Sfera.az -a DİM-dən məlumat verilib. Bildirilib ki, imtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda və Mərkəzin Naxçıvan, Gəncə, Şəki, Şəmkir, Göyçay, Şirvan, Bərdə, Lənkəran, Xaçmaz şəhərlərində yerləşən regional bölmələrinin inzibati binalarında təşkil olunacaq. Sınaq imtahanında iştirak