2025-ə rektorsuz girən universitetlər


2025-ə rektorsuz girən universitetlər

Azərbaycanda azı 5 ali təhsil müəssisəsi 2025-ci ilə rektoru olmadan daxil olub.

 

Sfera.az xəbər verir ki, bir sıra universtet və akademiyaların rektorları və rəisləri müxtəlif səbəblərdən vəzifələrindən azad edilib və yerlərinə təyinat olmayıb.

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin sonuncu rektoru Mustafa Babanlı olub. O, ötən ilin iyul ayında vəzifəsindən azad edilib. Rektorun səlahiyyətləri Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru, dosent Vazeh Əskərova həvalə olunub.

 

Azərbaycan Dövlət Dəniz Akademiyası da rektorsuz universitetlər sırasındadır. Ali təhsil müəssisəsinin rektoru Heydər Əsədov parlamentin deputatı seçildikdən sonra vəzifəsindən azad edilib.

 

Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov da Ali Məclisin deputatı seçildiyi üçün vəzifəsini itirib.

 

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov isə Qarabağ Universitetinə rektor təyin edilib. Onun yerinə hələlik təyinat olmayıb.

 

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının rəisi general-mayor Azər İbrahimov bu ilin oktyabr ayında vəzifəsindən azad edilib. Akademiyanın rəisi vəzifəsinin icrası general-mayor Faiq Məmmədova həvalə edilib.

 

Qeyd edək ki, sözügedən ali təhsil müəssisələrində rektorun səlahiyyətlərini prorektorlar, rəis müavinləri icra edir. 

 

2025-ci ildə rəhbərliyi olmayan universit


OXŞAR XƏBƏRLƏR

Rusiyaya qarşı yeni sanksiyalar HAZIRLANIR - Hədəfdə tankerlərdir

ABŞ-nin hazırkı prezidenti Co Baydenin administrasiyası Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır. Budəfəki sabksiyalar neft tankerlərinə qarşı...

Sabah intensiv yağış yağacaq - PROQNOZ

Azərbaycanda yanvarın 7-də havanın arabir yağıntılı keçəcəyi, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.   Sfera.az xəbər verir ki, bu barədə Milli H...

Bu ölkələrdə metapnevmovirus aşkarlandı

Hindistanın cənubundakı Karnataka əyalətində iki nəfərdə metapnevmovirus infeksiyası aşkarlanıb.   Sfera.az xəbər verir ki, bu barədə "Sinx...

HƏMAS atəşkəsin birinci mərhələsində 34 girovu azad edəcək - “Asharq”

HƏMAS Qəzza zolağında atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində 34 girovu azad etməyə razılaşıb.    Sfera.az bildirir ki, bu barədə ...

Mövqelərimiz bir neçə dəfə atəşə tutuldu - Müdafiə Nazirliyindən TƏCİLİ AÇIQLAMA

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.   Sfera.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.   Qeyd olunub ki, yanv...

Vətəndaşlar bu cür aldadılır - DİN-dən XƏBƏRDARLIQ!

Son dövrlərdə bir çox vətəndaşlar saxta kirayə ev elanlarının qurbanı olurlar.   Bununla bağlı Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib....