Magistr olmaq istəyənlərin NƏZƏRİNƏ: Sınaq imtahanı var
Dövlət İmtahan Mərkəzi (DİM) 18 yanvar 2026-cı il tarixində ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq istəyənlər üçün elektron formada sınaq imtahanı keçirəcək. Sfera.az xəbər verir ki, imtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda və Mərkəzin Naxçıvan, Gəncə, Şəki, Şəmkir, Göyçay, Şirvan, Bərdə, Lənkəran, Xaçmaz şəhərlərində yerləşən regional bölmələrinin inzibati binalarında təşkil olunacaq. Sınaq imtahanında iştirak etmək istəyənlər 7 yanvar saat 23:59-dək