9 və 11-ci sinif şagirdləri üçün yenidən imtahanlar keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyun-iyul aylarında keçirilən yekun qiymətləndirmə (attestasiya) imtahanlarda iştirak etməyən 9-cu və 11-ci sinif şagirdləri üçün 10 sentyabr 2020-ci il tarixində buraxılış imtahanları keçiriləcək. Mərkəzdən Sfera.az-a bildirilib ki, imtahanlar Bakı, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Yevlax, Şəki, Ağcabədi, Kürdəmir, Sabirabad, Lənkəran, Cəlilabad, Masallı, Xaçmazda təşkil olunacaq. İmtahan nəticələri şagirdlərin yekun qiymətləndirmə sənədinə