Azərbaycanda təhsil alan xarici tələbələrin sayı açıqlandı
Ölkənin ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları ilə yanaşı 96 xarici ölkədən 7,1 min tələbə də təhsil alır. Dövlət Statistika Komitəsindən Sfera.az -a verilən xəbərə görə, əcnəbi tələbələrin sırasında Türkiyə, İran, Rusiya, Pakistan İslam Respublikası, Gürcüstan, Hindistan, İraq, Suriya Ərəb Respublikası və Nigeriya vətəndaşları üstünlük təşkil edirlər. 2022/2023-cü tədris ilinin əvvəlinə xarici ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı 1004 nəfər təşkil edib. Xaricdə