Bakıda məktəb müəllimi vəfat etdi
Kateqoriya məlum deyil
Bakıda məktəb müəllimi vəfat edib.
Sfera.az "qafqazinfo"ya istinadən xəbər verir ki, 284 saylı tam orta məktəbin müəllimi Ağayeva İndira Aydəmir qızı bu gün dünyasını dəyişib.
1971-ci il təvəllüdlü müəllimin ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Ağayeva İndira sözügedən təhsil ocağında Kimya fənnini tədris edirdi.






