Təhsil nazirindən yeni təyinat

12:17 / 24.08.2019
2354
Oğuz Rayon Təhsil Şöbəsinə təzə müdir təyin olunub.
Sfera.az-ın məlumatına görə, Təhsil naziri Ceyhun Bayramovun əmrinə əsasən, bu vəzifəyə Məcidov Anar Rafiq oğlu təyinat alıb.
Qeyd edək ki, A.Məcidov 2013-cü ildən Oğuz şəhəri Emin Abdullayev adına 2 №-li tam orta məktəbin direktoru vəzifəsində çalışıb.