Logo

Müəllim olmaq istəyənlərin nəzərinə - İşə qəbulun nəticələri açıqlandı

Müəllim olmaq istəyənlərin nəzərinə - İşə qəbulun nəticələri açıqlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakant yer seçimi mərhələsinin nəticələri elan edilib. Müsabiqə incəsənət təhsili sahəsində insan resurslarının inkişaf etdirilməsi, məktəb və mərkəzlərin kadr potensialının gücləndirilməsi və vakant vəzifələrə ixtisaslı müəllimlərin cəlb olunması məqsədilə keçirilib.

Bu barədə Sfera.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

İşə qəbul prosesində şəffaflığın təmin edilməsi və namizədlərin vahid meyarlar əsasında qiymətləndirilməsi məqsədilə müsabiqənin test və müsahibə mərhələləri Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilib. Hər iki mərhələnin yekununa əsasən, 199 namizəd uğurlu nəticə əldə edib.

Namizədlər vakant yer seçiminin nəticələri ilə MyCulture vahid şəxsi kabinetində tanış ola bilərlər.

İşə qəbul olunan müəllimləri təbrik edir, onlara bu şərəfli vəzifədə uğurlar arzulayırıq!

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR