Türkiyə-Azərbaycan Universitetində oxuyan tələbələrin sayı açıqlandı

Türkiyə-Azərbaycan Universitetində oxuyan tələbələrin sayı açıqlandı
Kateqoriya məlum deyil
T

2026/2027-cı tədris ili üzrə Türkiyə-Azərbaycan Universitetində (TAU) ümumilikdə 289 tələbə təhsil alacaq. Onlardan 115 nəfəri bu il qəbul olunan tələbələrdir.

Sfera.az xəbər verir ki, ötən illə müqayisədə bu il tələbə qəbulunda 27% artım müşahidə olunub. Yeni qəbul olunan tələbələrdən 42 nəfəri 600-dən yuxarı, 50 nəfəri isə 500-dən yuxarı bal toplayanlardır.

Cari tədris ili üzrə Türkiyə-Azərbaycan Universitetinin kompüter mühəndisliyi ixtisasına qəbul üzrə ən yüksək bal 647.2, sənaye mühəndisliyi ixtisasında ən yüksək bal 667.5, qida mühəndisliyi ixtisasında ən yüksək bal 562.4 olub.

Türkiyə-Azərbaycan Universiteti "çətir universitet” modelidir. Belə ki bu ali təhsil müəssisəsi Türkiyənin 3 aparıcı universitetinin proqramlarını özündə birləşdirir. Burada tədris kompüter mühəndisliyi ixtisasında Orta Doğu Texniki Universitetinin (ODTU), sənaye mühəndisliyi ixtisasında İstanbul Texniki Universitetinin (İTU), qida mühəndisliyi ixtisasında isə Hacettepe Universitetinin tədris proqramlarına uyğun aparılır. Tədris yalnız dövlət hesabına və yüksək akademik səviyyədə ingilis dilində aparılır. Tədris proqramını uğurla başa vuran tələbələrə ixtisas üzrə Türkiyənin aparıcı tərəfdaş universitetinin diplomu ilə yanaşı, Azərbaycan Texniki Universitetinin diplomu da təqdim olunacaq.

Qeyd edək ki, Türkiyə ilə Azərbaycan arasında elm və texnologiya sahəsində əməkdaşlığı yeni səviyyəyə çatdıracaq Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu 2024-cü il fevralın 19-da Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə imzalanıb. Memorandumu Türkiyənin Ali Təhsil Şurasının rəhbəri Erol Özvar və Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev imzalayıblar.


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR