Ali təhsil müəssisələrinin 13-də plan yeri 100 faiz dolub

Kateqoriya məlum deyil
T
"Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul yekunlaşıb. Beləliklə, 2026-2027-ci tədris ili üzrə tələbə qəbulunun əsas mərhələləri başa çatıb".
Sfera.az xəbər verir ki, bu, DİM sədri Məleykə Abbaszadənin paylaşımında qeyd edilib.
O bildirib ki, yekun nəticələrə əsasən, ali təhsil müəssisələrində plan yerlərinin 97.71%-i dolub, cəmi 1393 plan yeri – təxminən 2%-i boş qalıb.
"Tələbə qəbulu aparılan 41 mülki ali təhsil müəssisəsindən 13-də plan yerləri 100%, 4-də plan 99%, 4-də isə 98% dolub. Ümumilikdə 34 ali təhsil müəssisəsində dolma göstəricisi 95%-dən yüksəkdir", deyə paylaşımda qeyd olunub.






