Magistr olmaq istəyənlərə yeni fürsət - DİM açıqladı

Magistr olmaq istəyənlərə yeni fürsət - DİM açıqladı
Kateqoriya məlum deyil
T

Magistraturada boş qalan plan yerlərinə ixtisas seçiminin növbəti həftə ərzində başlanması nəzərdə tutulur.

Sfera.az xəbər verir ki, bu barədə modern.az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, magistraturaya qəbulun nəticələrindən sonra boş qalan plan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında dərc olunacaq.

"Jurnalın növbəti həftə ərzində nəşr edilməsi nəzərdə tutulur. Bundan sonra boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq", - deyə rəsmi məlumatda qeyd olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR