Kolleclərə ixtisas seçimi avqustun 3-də başlayacaq

Kolleclərə ixtisas seçimi avqustun 3-də başlayacaq
Kateqoriya məlum deyil
T

9 illik ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul üçün ixtisas seçimi avqustun 3-də başlayacaq.

Sfera.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, abituriyentlər ixtisas seçimini avqustun 9-dək həyata keçirə biləcəklər.

DİM tərəfindən həmçinin "Abituriyent" jurnalının 3-cü nömrəsi və 9 illik təhsil bazasında kolleclərə 2025-ci il tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları da dərc olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR