Magistraturada boş qalan yerlər üzrə yenidən müsabiqə keçiriləcək

Magistraturada boş qalan yerlər üzrə yenidən müsabiqə keçiriləcək
Kateqoriya məlum deyil
T

Bu il magistratura pilləsi üzrə qəbul üçün ayrılan 17 658 plan yerindən 13 845-i (78,41 faizi) tutulub.

Sfera.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə məlumat verib.

Onun sözlərinə görə, ümumilikdə 23 ali təhsil müəssisəsində plan yerlərinin 70 faizdən çoxu dolub. Həmin ali məktəblərdən 7-də qəbul göstəricisi 90 faizdən yuxarı olub.

Məleykə Abbaszadə qeyd edib ki, qəbul proqramları üzrə də yüksək nəticələr qeydə alınıb. Belə ki, 45 proqram üzrə plan yerlərinin 70 faizdən çoxu, 8 proqram üzrə isə bütün yerlər dolub.

DİM sədri bildirib ki, qeydiyyat prosesi başa çatdıqdan sonra boş qalan 3 813 plan yeri, eləcə də qeydiyyatdan keçməyən bakalavrlar səbəbindən yaranacaq boş yerlərlə bağlı əlavə məlumat veriləcək.

Həmin yerlər üzrə yenidən müsabiqə keçiriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR