Logo

Bağça müdiri olmaq istəyənlərin nəzərinə - Sənəd qəbulu başladı

Bağça müdiri olmaq istəyənlərin nəzərinə - Sənəd qəbulu başladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verildi.

Sfera.az xəbər verir ki, müsabiqənin elektron sənəd qəbulu mərhələsi 18 avqust - 1 sentyabr 2025-ci il tarixlərini əhatə edəcək.

Müsabiqədə iştirak etmək istəyən namizədlər 18 avqust saat 16:00-dan 1 sentyabr saat 16:00-dək miq.edu.az/direktorlar/ linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, müsabiqədə pedaqoji sahə üzrə ali təhsilli, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR