Azərbaycanın 10 məktəbində ərəb dili tədris olunur - Səfir

Azərbaycanın 10 orta ümumtəhsil məktəbində və 6 nüfuzlu universitetdə ərəb dili tədris olunur.
Sfera.az trend-ə istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli Səudiyyə Ərəbistanı Krallığında fəaliyyət göstərən Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının təşəbbüsü ilə Azərbaycanda “Ərəb dili ayı”nın açılış məraisimində çıxışı zamanı deyib.
O qeyd edib ki, ərəb dili mədəni və elmi nailiyyətlərə səbəb olub və hazırda dünyada ən çox istifadə edilən dillərdəndir:
"Ərəb dili 1973-cü ildən BMT Baş Assambleyasının rəsmi dillərindən biri oldu. Bu, onun gücünü, nüfuzunu və bəşəriyyət arasında geniş yayılmasını göstəricisidir. Hazırda Azərbaycan 10 ümumtəhsil məktəbində və 6 nüfuzlu universitetdə ərəb dili tədris olunur. Biz inanırıq ki, ərəb dili mədəniyyətlər və xalqlar arasında körpü rolunu davam etdirəcək", - səfir qeyd edib.






