Məktəblərimizdə Çin dili tədrisi uğurlu olacaq? - AÇIQLAMA

Məktəblərimizdə Çin dili tədrisi uğurlu olacaq? - AÇIQLAMA

Elm və Təhsil Nazirliyi Azərbaycan məktəblərində Çin dilinin tədrisini təşviq etməyi planlaşdırır. Bu təşəbbüs cəmiyyət və təhsil mütəxəssisləri arasında müxtəlif reaksiyalara səbəb olub.

 

Həqiqətən məktəblərdə Çin dilinin tədrisinə ehtiyac varmı?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Kamran Əsədov qeyd edib ki, Çin dili tədrisi ciddi hazırlıq və real imkanlar tələb edir:

 

 

“Azərbaycan məktəblərində Çin dilinin tədrisinin təşviqi ideyası ilk baxışdan qloballaşan dünyada yeni iqtisadi və diplomatik reallıqlara uyğunlaşma cəhdi kimi görünə bilər. Lakin bu təşəbbüsün uğurlu olması üçün təkcə siyasi iradə deyil, eyni zamanda pedaqoji hazırlıq, metodoloji əsaslar, insan resursları və infrastruktur baxımından ciddi təminatlar tələb olunur”.

 

Ekspert bildirib ki, hazırda məktəblərdə rus və ingilis dili 11 il ərzində tədris olunsa da, nəticələr qənaətbəxş deyil:

 

“2023-cü il buraxılış imtahanlarında ingilis dili fənnindən iştirak edənlərin yalnız 34%-i orta nəticə göstərə bilib. Bu isə o deməkdir ki, 11 illik tədrisə baxmayaraq, məktəb sistemində real danışıq bacarığı, dinləmə, yazı və oxu səriştələri formalaşdırılmır. Bu nəticələr müəllim hazırlığı və metodiki təminatın zəifliyini, kurikulumun tətbiqində səmərəsizliyi üzə çıxarır.

Çin dili öz fonetikası, sintaktik strukturu, məntiqi və yazı sistemi ilə türk və ya indoevropa dillərindən tamamilə fərqlənir. Sadə bir müqayisə göstərir ki, Çin dilində yalnız gündəlik ünsiyyət səviyyəsinə (HSK-2) çatmaq üçün 200-300 dərs saatı, orta səviyyəyə (HSK-4) çatmaq üçün isə minimum 800 saat tələb olunur. Bu qədər yükün məktəb proqramına salınması üçün nə dərs saatı, nə müəllim, nə də texniki baza mövcuddur. Azərbaycanda bu günə qədər yalnız Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti və Konfutsi İnstitutu çərçivəsində məhdud sayda Çin dili müəllimi hazırlanıb. Hazırda dövlət məktəblərində Çin dili tədris edə biləcək müəllimlərin sayı 50-dən azdır”.

 

 

Dünya təcrübəsindən nümunə gətirən ekspert əlavə edib:

 

“Almaniyada, Fransada, Yaponiyada Çin dili yalnız müəyyən məktəblərdə seçmə fənn kimi keçirilir və dövlət tərəfindən bu istiqamətdə peşəkar kadr hazırlığı, metodik və texnoloji dəstək paralel şəkildə qurulur. Azərbaycanda isə bu cür dəstəkləyici sistem yoxdur. Əgər bu istiqamətdə seçməli fənn formasında, mərhələli tətbiq, pilot məktəblərdə tətbiq və nəticələrə əsaslanan qiymətləndirmə modeli qurularsa, Çin dili iqtisadi və diplomatik baxımdan faydalı ola bilər. Mövcud təhsil sistemində isə əvvəlcə rus və ingilis dili tədrisinin keyfiyyəti yüksəldilməli, müəllimlərin bilik və bacarıqları təkmilləşdirilməli, dərs vəsaitləri yenilənməli, kommunikativ metodlar tətbiq edilməlidir. Bu təmin olunmadan daha mürəkkəb bir dilin – Çin dilinin – tədrisi yalnız əlavə bir yüklənmə olacaq, nəticə verməyəcək və süni göstəricilər yaratmaqla təhsilin məzmun keyfiyyətinə zərər vuracaq”.

 

Bəsti Rəfizadə

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR

Ucuz evi haradan almaq olar? - VİDEO

"Bakı və Abşeronda yarım milyona qədər çıxarışsız fərdi həyət evləri var. Onların çıxarışlarının olmaması səbəbindən bu tip əmlaklar kreditli şərtlərlə sat...

Kəngərliyə növbəti köç karvanı yola salındı

‎Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.   Sfera.az AZƏRTAC-a istinadən...

Paytaxtın bu ərazilərində 3 saat işıq olmayacaq

17 iyul tarixində Sabunçu Rayonu Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bəzi ərazilərdə yenidənqurma və bərpa işləri həyata keçiriləcək. &nb...

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi bəlli olub

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.   Sfera.az xəbər verir ki, bu, İrlandiya təmsilçisi &...

Laçında yanğın olan ərazidə partlayış baş verdi - YENİLƏNDİ

Laçın rayonunun Bəyli kəndi istiqamətində meşə yanır.   Sfera.az-ın məlumatına görə, aidiyyəti qurumlar hazırda ərazidədir.   Fövqəladə Ha...

“Kaş Mehdini 20 dəqiqə yubadardım” - VİDEO

Xəbər verdiyimiz kimi, iyulun 7-də Abşeron Gənclər şəhərciyində binalardan birində baş verən hadisədən sonra 9-cu sinif şagirdi olan Mehdi ağır yanıq xəsarəti a...