Tələbələr üçün xoş xəbər: Müraciət vaxtı artırıldı

Tələbələr üçün xoş xəbər: Müraciət vaxtı artırıldı

Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) tərəfindən vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, qismən akademik tanınma prosesinin həyata keçirilməsinin vaxtı 7 iyul saat 18:00-dək qədər uzadılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə TKTA məlumat yayıb.

 

Bildirilib ki, köçürülmə prosesi üçün iştirak edəcək şəxslərə //apply.enic.edu.az/ keçidi vasitəsilə elektron qaydada müraciət etmələri tövsiyə olunur. Qeyd edilən saatdan sonra edilən müraciətlər nəzərə alınmayacaqdır.

 

"Xüsusilə qeyd etmək istəyirik ki, TKTA yalnız qismən akademik tanınma prosesini həyata keçirir və yekunda təqdim olunan şəhadətnamə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən köçürülmə üçün tələb olunan sənədlərdən biridir.

 

Müraciət edərkən aşağıdakı məqamlara xüsusilə diqqət edilməsi zəruridir:

 

Müraciətçinin təqdim etdiyi akademik transkript apostil möhürü ilə leqallaşdırılmalıdır (ətraflı məlumat üçün: //www.tkta.edu.az/p/nostrify-your-diploma-201#legalization ); Müraciətçinin təqdim etdiyi akademik transkriptdə ali təhsil müəssisəsinə qəbul tarixi aydın şəkildə qeyd olunmalıdır; Müraciətçinin təqdim etdiyi akademik transkriptdə təhsil müddətində əldə edilmiş kreditlərin ümumi sayının AKTTS üzrə miqdarı açıq şəkildə qeyd olunmalıdır; Müraciətçinin təqdim etdiyi akademik transkript onun ali təhsil müəssisəsinə qəbul tarixindən etibarən bütün ali təhsil müddətindəki akademik göstəricilərini özündə ehtiva edən yekun təhsil sənədi olmalıdır. Müraciətçinin təqdim etdiyi akademik transkript ingilis, rus və türk dillərindən başqa digər dillərdə olduğu halda Azərbaycan dilinə tərcümə və notariat qaydada təsdiq olunmalıdır (ətraflı məlumat üçün: //www.tkta.edu.az/p/nostrify-your-diploma-201#required-documents-207 );

 

Təqdim edilən sənədlərin autentikliyinin (həqiqi) mümkün olan ən qısa zamanda yoxlanılmasını həyata keçirmək məqsədilə sözügedən sənədlərin QR kod və ya elektron imzalı (keçid (link) əlavə olunmuş şəkildə) olması arzuolunandır",- deyə məlumatda qeyd edilib.

 


OXŞAR XƏBƏRLƏR

Kəngərliyə növbəti köç karvanı yola salındı

‎Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.   Sfera.az AZƏRTAC-a istinadən...

Paytaxtın bu ərazilərində 3 saat işıq olmayacaq

17 iyul tarixində Sabunçu Rayonu Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bəzi ərazilərdə yenidənqurma və bərpa işləri həyata keçiriləcək. &nb...

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi bəlli olub

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.   Sfera.az xəbər verir ki, bu, İrlandiya təmsilçisi &...

Laçında yanğın olan ərazidə partlayış baş verdi - YENİLƏNDİ

Laçın rayonunun Bəyli kəndi istiqamətində meşə yanır.   Sfera.az-ın məlumatına görə, aidiyyəti qurumlar hazırda ərazidədir.   Fövqəladə Ha...

“Kaş Mehdini 20 dəqiqə yubadardım” - VİDEO

Xəbər verdiyimiz kimi, iyulun 7-də Abşeron Gənclər şəhərciyində binalardan birində baş verən hadisədən sonra 9-cu sinif şagirdi olan Mehdi ağır yanıq xəsarəti a...

Min bir dərdin dərmanı - Gündə 1 stəkan için

Şalğam suyu xüsusilə türk və Azərbaycan mətbəxində çox sevilən, tərkibi zəngin və faydalı bir içkidir.   Acılı və ya acısız növləri ilə süfrələrə rən...