"Müəllimlərin "uşaqla davranış kodeksi" olmalıdır" - Kamran Əsədov

"Müəllimlərin "uşaqla davranış kodeksi" olmalıdır" - Kamran Əsədov

Son dövrlər uşaq bağçalarında tərbiyəçilərin uşaqlara qarşı fiziki və psixoloji zorakılıq halları ilə bağlı bir neçə təkzibolunmaz faktlar aşkarlanıb. Bu faktlar cəmiyyətdə ciddi narahatlıq doğurmaqla yanaşı, valideynlər arasında məktəbəqədər təhsil müəssisələrinə inamı sarsıdır.


Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, problem təkcə ayrı-ayrı şəxslərin qeyri-peşəkarlığı ilə deyil, bütövlükdə sistemdəki hüquqi və nəzarət boşluqları ilə bağlıdır:


“Tərbiyəçi peşəsi yalnız bilik deyil, psixoloji dayanıqlılıq, uşaqla davranış mədəniyyəti və emosional sabitlik tələb edən sosial məsuliyyətli sahədir", - deyən K.Əsədov vurğuladı ki, mövcud mexanizmlər bu keyfiyyətlərin yoxlanmasını və inkişafını sistemli şəkildə təmin etmir.


Ekspert qeyd edib ki, “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlarda uşaq hüquqları və onların psixoloji durumunun nəzərə alınması açıq şəkildə göstərilsə də, bağçalarda işləyən bir çox tərbiyəçi bu tələblərə uyğun olmur:


“Hazırda tərbiyəçilərin işə qəbulu yalnız pedaqoji diplom və cinayət arayışı ilə məhdudlaşır. Psixoloji test və ya emosional sabitliyin qiymətləndirilməsi nəzərdə tutulmur. Bu isə uşaqla birbaşa ünsiyyətdə olan şəxslərin psixoloji durumunun yoxlanılmadan sistemə daxil olmasına səbəb olur”.


Ekspertin sözlərinə görə, 2023-cü ildə aparılan daxili monitorinqlər zamanı aşkarlanan 26 şiddət hadisəsinin əksəriyyətində əsas səbəb kimi tərbiyəçilərin psixoloji gərginliyi və peşə tükənmişliyi göstərilib.

 


K.Əsədov dünya təcrübəsində bu sahədə daha ciddi mexanizmlərin tətbiq olunduğunu bildirir:

 

"Məsələn, İsveçdə tərbiyəçi olmaq üçün etika və uşaqlarla davranış psixologiyası üzrə təlimlər və imtahanlar, Avstraliyada isə psixoloji və hüquqi yoxlamaları əhatə edən “Working with Children Check” sistemi mövcuddur. Kanadada bu sahədə çalışanlar mütləq icbari sertifikasiya və yenidən qiymətləndirmədən keçirlər. Azərbaycanda isə bu sahədə ciddi boşluqlar qalır". 


Ekspert bildirir ki, nə Elm və Təhsil Nazirliyi, nə də regional təhsil idarələri tərbiyəçilərin emosional sabitliyini ölçən sistemlərə malik deyil. K.Əsədovun fikrincə, vəziyyəti dəyişmək üçün bir sıra islahatlar vacibdir:

 

 

"Müəssisələrdə etik davranış və şiddətsiz ünsiyyətlə bağlı təlimlər də sistemli şəkildə keçirilməmiş qalır. 
Bağça tərbiyəçiləri üçün mərkəzləşdirilmiş psixoloji və etik sertifikasiya sistemi yaradılmalı, işə qəbul zamanı emosional zəka, empatiya qabiliyyəti və ünsiyyət bacarığı xüsusi testlərlə qiymətləndirilməlidir. Əmək müqavilələrinə "uşaqla davranış kodeksi" daxil edilməli, pozuntu hallarında bu maddəyə əsasən hüquqi tədbirlər görülməlidir.


Bəzi özəl bağçalar ilkin psixoloji testlər və davranış müsahibələri tətbiq etsələr də, bu təşəbbüslər hələ dövlət bağçalarında sistemli şəkildə tətbiq olunmur. Əgər bu dəyişikliklər həyata keçirilməzsə, valideynlərin bağçalara inamı daha da azalacaq və uşaqlar psixoloji təhlükəsizlikdən məhrum qalacaqlar. Lakin əgər islahatlara başlanılsa, məktəbəqədər təhsil müəssisələri uşaqlar üçün həm öyrənmə, həm də sosiallaşma baxımından təhlükəsiz mühitə çevrilə bilər”.


Bəsti Rəfizadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Beyləqanda bazar YANIR

Beyləqan şəhərində bazar ərazisində yanğın baş verib.   Sfera.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.   Bildirilib ki, hadisə ilə b...

Azərbaycanda radiasiya müşahidə olunub? - Nazirliklər birgə məlumat yaydı

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, “İzotop” xüsusi kombinatı və Mülki müdafiə qoşunlar...

Daha bir təhlükəli “TikTok” tendensiyası: Problem gözlənilmədən gəldi

Sosial medianın gənclərə təsiri ilə bağlı narahatlıqlar artır, xüsusən də söhbət yeddi yaşından kiçik qızlara yönəlmiş dəriyə qulluq məzmunundan gedir.  ...

Ayaqları tərsinə olduğu üçün "Dəvə Qız" adlandırıldı - FOTO

Tarixin ən gözəl məxluqu olaraq xarakterizə edilən Ella Harper ayaqları alt-üst doğulduğu üçün "Dəvə Qız" kimi də tanınır. Bu deformasiyaya görə sirkd...

Heç kəsi öldürməməsinə rəğmən Avropanın ən təhlükəli serialı qatili

İsveçdə bir şəhərdə yaşayan Sture Bergwall (Berqvol) törətmədiyi 39 qətli etiraf edib. Psixi cəhətdən qeyri-sabit adam İsveç tarixində ədalət anlayışını da...

Bakıdan Naxçıvana uçan təyyarə GERİ QAYITDI

Bu gün gecə saatlarında Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarə uçuş nöqtəsinə çatmadan geri qayıdıb.   Sfera.az xəbər verir ki, bu barədə ...