Ən yüksək nəticəni bu rayonlardan olan abituriyentlər göstərib – SİYAHI

Ən yüksək nəticəni bu rayonlardan olan abituriyentlər göstərib – SİYAHI

Kənd rayonlarının bir çox fənlər üzrə göstəriciləri Bakı və Sumqayıt şəhərlərinin göstəricilərini qabaqlayır.

 

Sfera.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 2024-2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların əks olunduğu “Abituriyent 12” jurnalında qeyd olunub.

 

Hesabata əsasən, ölkənin ayrı-ayrı bölgələrini təmsil edən abituriyentlərin imtahan fənləri üzrə cavablarının təhlili göstərir ki, ən yüksək nəticə, əsasən, birbaşa Elm və Təhsil Nazirliyinin tabeliyində olan liseylərə və özəl liseylərə məxsusdur.

 

Fənlər üzrə şəhər və rayon təhsil sektorlarının göstəricilərinin təhlilindən aydın olur ki, kənd rayonlarının bir çox fənlər üzrə göstəriciləri Bakı və Sumqayıt şəhərlərinin göstəricilərini qabaqlayır.
 

Belə rayonlara misal olaraq Cəbrayıl, Ağdaş, Salyan, Qubadlı, Qəbələ, Tovuz, Bərdə, İsmayıllı, Culfa, Ordubad, Şəki, Masallı, Göyçay, Cəlilabad, Saatlı, İmişli, Neftçala, Ağstafa, Gədəbəy, Yevlax, Yardımlı, Zaqatala, Füzuli və Şərur rayonlarını göstərmək olar. Bunun obyektiv səbəblərindən biri kimi qəbul imtahanlarında bu şəhərlərin məzunlarının daha çox hissəsinin, rayonların isə yalnız hazırlıqlı məzunlarının iştirak etməsini göstərmək olar.

 

Məsələn, keçən il Bakı şəhəri üzrə məzunların 92,19 %-i, Sumqayıt şəhəri üzrə 94,14 %-i qəbul imtahanlarında iştirak edib. Yüksək göstəricili rayonlar üzrə (Qubadlı, Ordubad, Cəbrayıl, Şərur, Culfa, Tovuz, Ağdaş və Ağstafa rayonları istisna olmaqla) isə məzunların ən yaxşı halda 69-84 %-i ali təhsil müəssisələrinə sənəd verib.


Azərbaycan bölməsində ana dili və riyaziyyat fənləri üzrə İsmayıllı rayonunun, ədəbiyyat fənni üzrə Gədəbəy rayonunun, fizika fənni üzrə İmişli rayonunun, kimya fənni üzrə Bərdə rayonunun, biologiya fənni üzrə Sumqayıt şəhərinin, tarix fənni üzrə Ağstafa rayonunun, coğrafiya fənni üzrə Saatlı rayonunun, informatika fənni üzrə isə Qəbələ rayonunun abituriyentləri üstünlük əldə edib.

 

Rus bölməsi abituriyentlərinin böyük əksəriyyətini Bakı, Mingəçevir, Sumqayıt və Gəncə şəhərlərinin məzunları təşkil etdiyindən yüksək göstəricilər də bu şəhərlər arasında paylanıb.
 

Şübhəsiz, bu göstəricilər müvafiq şəhər və rayonların təhsil orqanları və müəssisələrinin səmərəli fəaliyyətinin nəticəsidir. Onların iş təcrübəsini respublika miqyasında yaymaq müvafiq elmi-metodik mərkəzlərin və mütəxəssislərin ümdə vəzifələrindən biri olmalıdır. Bundan bütövlükdə respublikanın təhsil sistemi qazanar. (Report.az)


OXŞAR XƏBƏRLƏR

Beyləqanda bazar YANIR

Beyləqan şəhərində bazar ərazisində yanğın baş verib.   Sfera.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.   Bildirilib ki, hadisə ilə b...

Azərbaycanda radiasiya müşahidə olunub? - Nazirliklər birgə məlumat yaydı

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, “İzotop” xüsusi kombinatı və Mülki müdafiə qoşunlar...

Daha bir təhlükəli “TikTok” tendensiyası: Problem gözlənilmədən gəldi

Sosial medianın gənclərə təsiri ilə bağlı narahatlıqlar artır, xüsusən də söhbət yeddi yaşından kiçik qızlara yönəlmiş dəriyə qulluq məzmunundan gedir.  ...

Ayaqları tərsinə olduğu üçün "Dəvə Qız" adlandırıldı - FOTO

Tarixin ən gözəl məxluqu olaraq xarakterizə edilən Ella Harper ayaqları alt-üst doğulduğu üçün "Dəvə Qız" kimi də tanınır. Bu deformasiyaya görə sirkd...

Heç kəsi öldürməməsinə rəğmən Avropanın ən təhlükəli serialı qatili

İsveçdə bir şəhərdə yaşayan Sture Bergwall (Berqvol) törətmədiyi 39 qətli etiraf edib. Psixi cəhətdən qeyri-sabit adam İsveç tarixində ədalət anlayışını da...

Bakıdan Naxçıvana uçan təyyarə GERİ QAYITDI

Bu gün gecə saatlarında Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarə uçuş nöqtəsinə çatmadan geri qayıdıb.   Sfera.az xəbər verir ki, bu barədə ...