I sinfə qəbul prosesində YENİLİK - Bundan sonra...

I sinfə qəbul prosesində YENİLİK - Bundan sonra...

Uşaqların I sinfə qəbulu prosesində Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən və sıxlıq müşahidə edilən bir sıra ümumi təhsil müəssisələrinə qəbul zamanı üstünlük hüququ (prioritet) tətbiq olunur.

 

Bu barədə Sfera.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜDTA) məlumat verilib.

 

Bildirilib ki, uşağın ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşaması, uşağın bacı və ya qardaşlarından birinin həmin ümumi təhsil müəssisəsində təhsil alması və uşağın valideynlərindən birinin həmin ümumi təhsil müəssisəsində işləməsi meyarları nəzərə alınacaq.

 

Qeyd edilib ki, ötən il üstünlük hüququ tətbiq edilən Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin siyahısı və həmin müəssisələrin müəyyən edilmiş mikroəraziləri ictimaiyyətə elan edilib. Bu il isə Sumqayıt şəhəri üzrə də prioritet tətbiq edilən ümumi təhsil müəssisələrinin mikroəraziləri ictimaiyyətə elan ediləcək.

 

Vətəndaşlar Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəsmi hesablarına daxil olaraq daimi qeydiyyat ünvanının dislokasiyada olmasını dəqiqləşdirməlidirlər. Daimi qeydiyyat ünvanı dislokasiyada olmayan valideynlər müvafiq formanı doldurub, martın 3-nə kimi 5, 6, 7 saylı və Sumqayıt şəhər 2 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə yaxınlaşaraq təklif və rəylərini verə bilərlər.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Polis 5 saat ərzində seks kuklasının dəhşətli "qətlini" araşdırdı - FOTOLAR

Almaniyanın Rostok şəhərində baş verən qeyri-adi hadisə ilə bağlı martın 30-da məlumat verilib. Belə ki, polisə yoldan keçən bir nəfər həyəcan verici kəşflə bağ...

Tənəklərlə əhatə olunmuş kənd turist möcüzəsinə çevrilir - FOTO

Çində təbiətin demək olar ki, insan həyatının bütün izlərini sildiyi bir yer var.   Şanxaydan dörd saatlıq məsafədə, Şenxi arxipelaqının dərinlikləri...

Qadın 18 ildən sonra danışıb: Hansı texnologiya kömək etdi?

47 yaşlı qadına insult keçirdikdən sonra 18 il danışmayıb. 18 il sonra ona ilk dəfə öz fikirlərini şifahi şəkildə ifadə etməyə imkan verən kvadriplegiyası beyin...

Aprel döyüşlərindən 9 il ötür

Bu gün Azərbaycan Ordusunun Aprel zəfərindən doqquz il ötür.   Sfera.az-ın məlumatına görə, 2016-cı ilin mart ayının ortalarından başlayaraq ermənilə...

Putinin əmlakı açıqlandı

Rusiya Prezidenti Vladimir Putin 2024-cü il üçün gəlir və xərclər haqqında bəyannamələri müəyyən edilmiş müddətdə təqdim edib.   Sfera.az TASS-a isti...

Aparıcı Nigar Fərhad təhdidə keçdi: vəkillərim dəlil toplayır - VİDEO

"Kanal S"in aparıcısı Nigar Fərhad onu təhqir edən şəxslərlə bağlı hüquqi addımlar atacağını bildirib.   Sfera.az xəbər verir ki, aparıcı b...