"Bu qərarla ordumuzda yeni intellektual qabiliyyətli bölmələr yaradılır" - Osman Gündüz

"Bu qərarla ordumuzda yeni intellektual qabiliyyətli bölmələr yaradılır" - Osman Gündüz

"Universiteti bitirən gənc İT mütəxəssislər əsgərliyi yenidən digər universitetdə davam etdirəcəklər".


Sfera.az xəbər verir ki, bunu Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz Müdafiə Nazirliyinin hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiya tətbiq etmə qərarını şərh edərkən bildirib.

 

"Yeni əsgərlik konsepsiyasına əsasən, Milli Müdafiə Universitetinin tərkibində yeni bölmələr yaradılır. Digər universitetlərin, o cümlədən xarici universitetlərin bakalavr və magistraturasını İT ixtisaslar üzrə uğurla bitirənlər Milli Müdafiə Universitetinin tərkibində həmin bölmələrdə xüsusi şəraitdə əsgərliklərini davam etdirəcəklər.Onlar öz ixtisaslarına uyğun müxtəlif layihələrə və fəaliyyətlərə cəlb olunacaqlar", - ekspert qeyd edib.

 

O.Gündüzün sözlərinə görə, bununla da ordumuzda yeni intellektual qabiliyyətli bölmələr yaradılmasına start verilir:

 

"Düşünürəm ki, çox faydalı və əhəmiyyətli bir addımdır. Bununla da təhsili yeni başa vuran İT mütəxəssislər həm öz bilik və bacarıqlarını təkmilləşdirərək faydalı təcrübə qazanacaq, həm də orduda rəqəmsal bacarıqların inkişafına və yeni imkanların yaradılmasına əhəmiyyətli töhfə verəcəklər".

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Ən hündür və ən qısa qadınlar tarixdə ilk dəfə görüşdülər: Ortaq cəhətləri nələrdir?

Londonun “The Savoy” otelində qeyri-adi görüş baş tutub. Dünyanın ən qısa qadını, hindistanlı 30 yaşlı Cyoti Amge (boyu 63 sm) ilk dəfə planetin ən ...

Hesablama Palatası məlumat yaydı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında İşsizlikdən Sığorta Fondu investisiya fəaliyyəti barədə məlumat vermir.   Sfera.az xəbər verir...

Bakıda fəhlə hündürlükdən yıxılaraq öldü

Bakıda tikintidə bədbəxt hadisə olub.   Sfera.az xəbər verir ki, hadisə Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində baş verib.   Burada...

Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti noyabrın 22-də Bakıda və Abşeron yarımadasında, eyni zananda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdar...

Energetika naziri “İstanbul Enerji Forumu”nda iştirak edəcək

Energetika naziri Pərviz Şahbazov Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın dəvəti ilə Türkiyəyə səfər edib.   Bu barədə ...

Bu universitetdə təkrar ali təhsilə qəbul sayı 2,5 dəfə artdı

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2024/2025-ci tədris ili üzrə təkrar ali təhsilə qəbulun nəticələri açıqlanıb.   Sfera.az xəbər verir...