Üç ildir ki, qızlar oğlanlardan daha yaxşı nəticə göstərir - STATİSTİKA

Üç ildir ki, qızlar oğlanlardan daha yaxşı nəticə göstərir - STATİSTİKA

Artıq üçüncü ildir ki, nazirlik tərəfindən ümumi təhsil müəssisələrində 4-cü siniflərin monitorinqi keçirilir. 

 

Sfera.az xəbər verir ki, monitorinqin təhlili 4-cü siniflərdə qızların ana dili və riyaziyyat fənləri üzrə oğlanlardan üstün nəticələr əldə etdiyini göstərir. 

 

Belə ki, 2021-2022-ci illərdə ana dili və riyaziyyat fənləri üzrə 30 sualdan müvafiq olaraq oğlanlar 16.7 və 15.7, qızlar 18.2 və 16.3, 2022-2023-cü illər üzrə oğlanlar 16.7 və 12.3, qızlar 18.5 və 12.5, 2023-2024-cü illər üzrə isə oğlanlar 14.5 və 16.4, qızlar 15.7 və 16.5-ni doğru cavablayıb.

 

Qeyd edək ki, ümumi təhsil müəssisələrində IV siniflər üzrə bütün təhsilalanların monitorinqdə iştirakı icbaridir. Yalnız üzrlü səbəblər (xəstəlik (tibbi arayış təqdim edildikdə), bədbəxt və fövqəladə hadisə) olduğu təqdirdə təhsilalanlar monitorinqdə iştirak etməyə bilərlər. Monitorinq nəticələrinin təhlili ibtidai sinif şagirdlərinin ümumi orta təhsil səviyyəsinə hazırlıq vəziyyətinin müəyyənləşdirilməsi və aparılan islahatların təsirlərinin ölçülməsi baxımından çox vacibdir. Monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə nəticələrinə, eyni zamanda, onların sinifdən sinfə keçmələrinə təsir göstərmir. 

 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR

Metroda yenə problem - İntervaldan əlavə 11 dəqiqə gecikmə yarandı

“Həzi Aslanov-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatar “28 May” stansiyasında ikən bir vaqonunun qapısında texniki nasazlıq yaranıb.&n...

Daha 369 kirayə mənzil satışa çıxarıldı

İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən yaşayış kompleksində daha 36...

Qlobal dövlət borcu bu il 100 trilyon dolları keçəcək - BVF

Bütün ölkələrin ümumi dövlət borcunun bu il 100 trilyon dolları keçəcəyi gözlənilir ki, bu da qlobal ÜDM-in təxminən 93%-ni təşkil edəcək.   Sfera.az...

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, iclas oktyabrın 18-nə təyin edilib və gündəliyi aşağ...

"Simonyanın razılaşdırılmayan bəndlər barədə açıqlaması diplomatik hiylədir..." - ŞƏRH

“Azərbaycan və Ermənistan sülh sazişində 16 bənd üzrə tam razılığa gəlib. Sülhü bərqərar etməyin vaxtıdır”.   Bunu Ermənistan parlamenti...

"Xankəndidə Azərbaycan bayrağının ucaldılması sadəcə simvolik məna deyil, həm də..."

Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyev tərəfindən 15 oktyabr 2023-cü ildə Xankəndi şəhərində bayrağımızın ucaldılması Azərbaycan tarixinin dönüş nöqtəsi ...