BilBacar müsabiqəsinə start verildi

BilBacar müsabiqəsinə start verildi

Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə BilBacar müsabiqəsinə start verilib. Müsabiqə respublikanın bütün ümumi təhsil müəssisələrinin VIII, IX və X sinif şagirdlərini əhatə edir.

 

Sfera.az xəbər verir ki,müsabiqənin məqsədi şagirdlərin səriştə əsaslı tapşırıqlarla işləmə vərdişlərini inkişaf etdirmək, rəqəmsal platformada imtahan vermə bacarıqlarını formalaşdırmaq və eyni zamanda, xüsusi istedadlı şagirdləri və qabaqcıl məktəbləri müəyyən etməkdir.

 

Müsabiqə çərçivəsində VIII, IX və X sinif şagirdlərinin məktəbdə qazandıqları bilik və bacarıqları həyatda tətbiq etmə qabiliyyətinin artırılması hədəflənir. Onlayn qeydiyyat oktyabrın 15-dən etibarən bilbacar.edu.az saytının istifadəyə verilməsi ilə başlayacaq. Şagirdlər iştirak üçün sayt vasitəsilə və ya məktəb koordinatoruna müraciət edərək qeydiyyatdan keçə bilərlər.

 

Qeyd edək ki, iştirak ödənişsizdir. Müsabiqə 2024-cü ilin oktyabr ayında başlayacaq və iyun ayında başa çatacaq. Oktyabr-may ayları arasında hər ay bir dəfə onlayn sessiyalar keçiriləcək. Onlayn mərhələni hər sinif üzrə uğurla tamamlayan ilk 150 şagird iyun ayında keçiriləcək canlı final mərhələsinə dəvət alacaq. Müsabiqə çərçivəsində şagirdlər riyaziyyat, oxu və təbiət elmləri üzrə bilik və bacarıqlarını nümayiş etdirəcəklər. İştirakçılar, nəticələrinə əsasən 7 liqadan birində qərarlaşacaq.

 

“Hazırlıq” bölməsində “Yarış”a hazırlaşaraq və “Yarış” bölməsində yarışaraq bal qazana bilərlər. Saytın ana səhifəsində məktəb və şagirdlər üzrə sıralamanın mütəmadi yenilənməsi planlaşdırılır. İlk 100 məktəbin və hər sinif üzrə ilk 150 şagirdin adı reytinq sıralamasında təqdim olunacaq. Şagirdlər şəxsi kabinetə daxil olaraq, məktəbdaxili sıralamanı izləyə və sosial şəbəkələrdə paylaşa biləcəklər.

 

Qeyd edək ki, final mərhələsinə vəsiqə qazanan şagirdlər arasından hər sinif üzrə 3 nəfər 1-ci yer, 6 nəfər 2-ci yer və 9 nəfər 3-cü yerin qalibi təyin olunacaq.


OXŞAR XƏBƏRLƏR

Rusiya Ukraynaya ağır zərbə endirəcək: "1000-ə yaxın PUA ilə..."

Yaxın vaxtlarda Rusiya ölkəmizin ərazisinə 1000-ə yaxın pilotsuz uçuş aparatı (PUA) ilə hücum edəcək.   Sfera.az UNİAN-a istinadən xəbər verir ki, bu...

Maskın “dəliliyi” narkotik istifadəsi ilə bağlı ola bilər - Tramp

ABŞ Prezidenti Donald Tramp amerikalı iş adamı İlon Maskın narkotikin təsiri altında olarkən onunla münaqişəyə girmək qərarına gəldiyini iddia edib.   ...

Ata həbs olunursa, aliment borcu silinir? – İZAH

Xəbər verdiyimiz kimi, Bakıda 39 min manata yaxın aliment borcu olan şəxs həbs edilib. Məhkəmənin qərarı ilə 37 yaşlı Salyan sakini boşandıqdan sonra keçmiş həy...

Avtomobillərin texniki baxışdan keçirilməsi ilə bağlı yenilik – RƏSMİ

Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəy...

Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətilə aztəminatlı ail...

Maskın yaratmaq istədiyi partiyanın adı açıqlanıb

Amerikalı sahibkar İlon Maskın “X” hesabında yaratmaq istədiyi siyasi partiyaya ad seçimi üçün keçirdiyi sorğuda “Amerika” adına üstünlü...