İki universitetimiz qlobal reytinqdə!

İki universitetimiz qlobal reytinqdə!

İlk dəfə Azərbaycanın 2 ali təhsil müəssisəsi dünyanın ən nüfuzlu reytinq cədvəllərindən biri olan “Times Higher Education dünyanın ən yaxşı universitetlərinin reytinqi”nə daxil olub.

 

Oktyabrın 9-da Birləşmiş Krallıqda keçirilən “Dünya Akademik Sammiti” çərçivəsində dünyanın ən nüfuzlu reytinq agentliklərindən biri olan “Times Higher Education” (THE) tərəfindən “THE Dünyanın ən yaxşı universitetlərinin reytinqi”nin nəticələri açıqlanıb.

 

İlk dəfə Azərbaycan 2 ali təhsil müəssisəsi (Bakı Dövlət UniversitetiAzərbaycan Dövlət Neft və Sənaye Universiteti) ilə sözügedən qlobal reytinqdə təmsil olunur.

 

Bakı Dövlət Universiteti 2021-ci ildən etibarən ardıcıl olaraq 4-cü dəfədir ki, bu reytinqdə yer alır. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti isə ilk dəfədir ki, sözügedən qlobal reytinqə daxil olub.

 

Qeyd edək ki, “THE dünyanın ən yaxşı universitetlərinin reytinqi”nin metodologiyasına əsasən elmi-tədqiqat yönümlü universitetlərin fəaliyyəti 18 meyar üzrə qiymətləndirilir.


OXŞAR XƏBƏRLƏR

“Kərə yağı dəyərindən çox baha satılır” - Ekspert

Azərbaycanda son 2 ayda kərə yağlarının pərakəndə satış qiymətində artım müşahidə edilib. Əvvəllər 18-19 manata satılan yağların qiyməti hazırda orta hesabla 20...

İsmayıl Qaaninin taleyi ilə bağlı mümkün ssenarilər: Öldürülüb, yoxsa sağdır?

İsrail mediasında SEPAH-ın əsasən Yaxın Şərqdə fəaliyyət göstərən xüsusi birliyi olan “Qüds” qüvvələrinin komandanı İsmayıl Qaaninin öldürüldüyü haq...

Qardaşı bıçaqlanan Ülviyyə Namazovadan AÇIQLAMA: "Meşəyə aparıblar və..." - FOTO

“Mən bu xəbərin yayılmasını istəmirdim. Kim yayıbsa, təəssüf ki, doğrudur. Biz şikayətçiyik, çünki qardaşım meşəyə aparılaraq bıçaq zərbəsiylə yaralanıb. ...

Senat sədri: "Pakistan COP29-da layiqli şəkildə iştirak edəcək"

Pakistan və Azərbaycan arasında ikitərəfli ticarətdə son bir neçə ildə ardıcıl artım müşahidə olunur.   Sfera.az xəbər verir ki, bu barədə Pakistan S...

Britaniyanın iqlim məsələləri üzrə naziri Azərbaycana GƏLDİ

Böyük Britaniyanın iqlim məsələləri üzrə naziri Kerri Makkarti Azərbaycanda işgüzar səfərdədir.   Sfera.az xəbər verir ki, bu barədə Britaniyanın Azə...

Türkiyə “Discord”a girişi BAĞLADI - RƏSMİ

Türkiyə hökuməti “Discord” messencerinə girişi əngəlləmək qərarına gəlib.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ədliyyə nazir...