"Proqramlarda elə fənlər var ki, onları keçməyə gərək yoxdur" - Nazir

"Proqramlarda elə fənlər var ki, onları keçməyə gərək yoxdur" - Nazir

"Ali təhsil müəssisələrində proqramların dəyişməsi sürətli olan proses deyil. Cəmiyyət olaraq başa düşməliyik ki, dəyişiklik ağrılı prosesdir".


Sfera.az xəbər verir ki, bunu bu gün keçirilən Təhsilin İnkişafı Forumunda elm və təhsil naziri Emin Əmrullayev panel müzakirəsi  zamanı deyib.

 

O bildirib ki, universitetlərdə proqram dəyişikliyi olması hansısa fənn müəlliminin işini itirməsi deməkdir:

 

"Deyirik ki, müəllimlik ixtisasında bir il əlavə məşğələlər edək. Hazırıqmı bu dəyişikliyə? Bəzi hallarda dəyişiklikləri daha yavaş etməyimiz təhsildən əlavə sahələrlə bağlıdır. Bir şeyi dəyişəndə o digərlərinə də təsir edir. Bunu etmək o qədər də asan proses deyil. A nöqtəsindən Z nöqtəsinə getmək kifayət qədər enerji tələb edir".

 

Nazir bildirib ki, sertifikasiya da belə proses idi:

 

"Sertifikasiya prosesi də oxşar proses idi. Sertifikatlaşdırma zamanı biz 5300 müəllimin müqavilələrinə xitam verdik. Bunu qürurla demirəm, bizim üçün də ağrılı proses idi. Dəyişikliklər əsasən ağrılı proseslərdir. Əgər biz bu qərarları vermək istəyiriksə, onda nəticələrinə də dözməliyik".

 

Emin Əmrullayev ali təhsil müəssisələrində proqramlar ilə bağlı problemə toxunaraq bildirib ki, kifayət qədər fənn var ki, onları keçməyə ehtiyac yoxdur: 

 

"Proqramlarda elə fənlər var ki, onları keçməyə gərək yoxdur. Bizə görə bunu etmək asandır.  Biz hazırıqsa, gəlin, dəyişək. Ali təhsil müəssisələrini təkləmək lazım deyil ki, niyə proqramları dəyişmirsiniz. Onların ictimaiyyət qarşısında məsuliyyəti böyükdür. Əvvəlcə problemi tanımalıyıq. Bu yalnızca universitetlərin yükü deyil. Bugünkü proqramlar 20 il əvvəlki ilə müqayisədə daha mütərəqqidir”.

 


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Türkiyədə uçuşlarda fasilələr yarandı - SƏBƏB

Yağış və güclü külək Türkiyənin böyük şəhərləri - İstanbul, Ankara və Antalyada hava nəqliyyatında fasilələrə səbəb olub.   Sfera.az xəbər verir ki, ...

"Tramp Ukraynanın dağılmasına imkan verməyəcək" - Antonio Kosta

Avropa Şurasının gələcək rəhbəri Antonio Kosta ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Çin, İran və KXDR-dən gələn təhdidlər fonunda Ukraynanın dağılmas...

Türkiyədə “UnionPay” kart sisteminə xidmət dayandırıldı

Türkiyənin maliyyə qurumları Rusiyanın “Gazprombank” bankının “UnionPay” katr sisteminə xidməti dayandırıb.   Sfera.az xəbər ...

“ABŞ sürətlə iflasa yaxınlaşır” – Maskdan XƏBƏRDARLIQ!

“Hazırda ABŞ sürətlə iflasa yaxınlaşır”.   Sfera.az bildirir ki, bunu amerikalı iş adamı İlon Mask deyib. O bu barədə “X” sos...

COP29 zolaqlarındakı yol nişanları sökülür - RƏSMİ

COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq A...

FHN-dən zəlzələ ilə bağlı AÇIQLAMA: "Dağıntı və xəsarət..."

Fövqəladə Hallar Nazirliyi Laçında baş verən zəlzələ barədə məlumat yayıb.   Nazirlikdən Sfera.az-a bildirilib ki, zəlzələ nəticəsində hər hansı dağı...