Bu tələbələrin ödədiyi pul geri qaytarılacaq

Bu tələbələrin ödədiyi pul geri qaytarılacaq

1500-ə yaxın ödənişli əsaslarla təhsil alan tələbənin pulu geri qaytarılacaq.

 

Sfera.az xəbər verir ki, bu proses Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” qərarına əsasən tənzimlənilir.

 

Belə ki, sənədə əsasən, ali təhsil müəssisələrinin bakalavr və magistr pillələrinə qəbul zamanı tutulmayan dövlət sifarişli yerlər müvafiq olaraq ödənişli oxuyan, amma müsabiqə şərtini ödəyən şəxslərə şamil olunur.


Bu il magistraturaya qəbul üzrə 479, bakalavriat səviyyəsi üzrə isə 1002 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib. Sözügedən 1481 nəfərin ödədiyi təhsil haqları özlərinə qaytarılacaq.


Qeyd edək ki, ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsinin nəticələrinə əsasən, 2024–2025-ci tədris ili üçün 55 656 nəfər universitetlərə qəbul olunub. Onlardan 27 117 nəfəri dövlət sifarişi əsasında, 28 539-u isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.  

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR