Bu universitet tələbələrini özü seçəcək -VİDEO


Bu universitet tələbələrini özü seçəcək -VİDEO

Azərbaycanda bir universitet müstəqil olaraq tələbə seçimi edəcək.

 

Sfera.az xəbər verir ki, Xezerxeber.az-ın məlumatına görə, bir müddət əvvəl Prezident İlham Əliyevin Türkiyə-Azərbaycan Universiteti ilə bağlı imzaladığı sərəncama əsasən, təhsil müəssisəsinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib.

 

Bəs, Türkiyə-Azərbaycan Universitetinə verilən "müstəqil tələbə seçimi" hüququ nədir? Ümumiyyətlə, proses necə təşkil ediləcək?

 

Sfera.az bildirir ki, məsələni  şərh edən təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyib ki, tələbə seçimini müstəqil aparma" ifadəsi müəyyən bir təhsil müəssisəsinə tələbə qəbulunun, dövlətin və ya hər hansı mərkəzi qurumun müdaxiləsi olmadan, həmin universitetin öz qaydalarına və meyarlarına əsasən həyata keçirilməsini nəzərdə tutur.

 

Onun sözlərinə görə, inkişaf etmiş ölkələrin universitetlərində bu təcrübə çoxdan var. Prosesi universitet imtahan müsabiqəsi ilə yox, özü həyata keçirir. Bəs Dövlət İmtahan Mərkəzinin müsabiqəsindən əldə olunan nəticə sözügedən universitetə qəbul üçün lazım olacaqmı?

 

Məsələ ilə bağlı DİM-dən  bildirildi ki, abituriyent bu qurumun keçirdiyi müsabiqədə iştirak etməli və daha sonra universitetin təyin etdiyi şərtləri ödəməlidir. Sonra isə o nəticə əsasında müstəqil seçim aparılacaq.

 

Bir sözlə, müstəqil seçim hüququ dedikdə, bu, universitetin və ya həmin təhsil müəssisələrinin DİM imtahanlarının nəticələrindən istifadə edərək tələbə seçimini öz qaydalarına və meyarlarına uyğun həyata keçirməsi deməkdir. Yəni, universitet dövlət tərəfindən tənzimlənmədən, öz daxili qərarlarına əsasən tələbə seçə bilər. Dövlət yalnız nəticələri təmin edir, lakin seçim prosesi tamamilə universitetin səlahiyyətindədir.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 


OXŞAR XƏBƏRLƏR

Bu ölkənin müdafiə naziri böyük müharibə ilə bağlı XƏBƏRDARLIQ ETDİ

İranın müdafiə naziri general-mayor Əziz Nəsirzadə Yaxın Şərq regionunda böyük müharibənin başlaya biləcəyi ilə bağlı xəbərdarlıq edib.   Sfera.az xə...

AMEA prezidentinə yeni müşavirlər təyin olundu - FOTOLAR

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidentinə yeni müşavirlər təyin olunub.   Sfera.az xəbər verir ki, bu barədə AMEA-nın prezidenti, ak...

Maaş və pensiyalar artacaq, DSMF-yə ödənişlər necə müəyyənləşəcək? - AÇIQLAMA

Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında gələn ildən minimum əməkhaqqı və minimum pensiyanın artırılacağını bildirib. Qanuna ...

"Real" razılıq verdi -Ulduz futbolçu gedir

"Liverpul" “Real Madrid”in futbolçusu Aurelien Tchouamenini transfer etmək üçün hərəkətə keçib.   Sfera.az xəbər verir ki, 2022...

”Separatçı rejim bir neçə kütləvi məzarlığı məqsədyönlü şəkildə məhv edib” - Əli Nağıyev

“Cari il ərzində Dövlət Komissiyası tərəfindən mütəxəssislərin iştirakı ilə işğaldan azad edilmiş ərazilərdə aparılmış qazıntıların və monitorinqlərin nət...

Aşıq Ələsgər Ağkilsə kəndində yad olunacaq

Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edən Prezident İlham Əliyev onun Ağkilsə kəndində ermənilər tərəfindən dağıdılmış abidəsinin gələcəkdə bərpa olunac...