Nazir Xankəndidə ilk dərs günündə iştirak etdi - FOTOLAR

Nazir Xankəndidə ilk dərs günündə iştirak etdi - FOTOLAR

Sentyabrın 23-də Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbdə ilk dərs günü münasibətilə tədbir keçirilib.

 

Elm və Təhsil Nazirliyindən Sfera.az-a verilən məlumata görə, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, eləcə də məktəb kollektivi və valideynlər iştirak ediblər.

 

Müəllim və şagirdləri təbrik edən Emin Əmrullayev bu gün Qarabağda dərsə başlayan şagird və tələbələrimizin Azərbaycanın daha güclü dövlət kimi formalaşması üçün əllərindən gələni edəcəklərinə əminliyini bildirib. İşğaldan azad edilmiş ərazilərimizdə təhsil müəssisələrinin inşasından danışan elm və təhsil naziri vurğulayıb ki, burada 50-dək təhsil müəssisəsinin fəaliyyət göstərməsi nəzərdə tutulur.

 

Daha sonra Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Əməkdar müəllim Asif Cahangirov çıxışlarında məktəb kollektivini təbrik edib, onlara uğurlar arzulayıblar.

 

Tədbirdə həmçinin Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin qızı Aynur Mirzəyeva, sözügedən məktəbin məzunu və müəllimi olmuş Telli Həşimova, Emelya Əliyeva çıxış ediblər və təəssüratlarını dilə gətiriblər.

 

Qeyd edək ki, 624 şagird yerlik Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbdə 14 nəfərlik pedaqoji heyət şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olacaq. Şagirdlərdən 40 nəfəri I sinif, 450-dən çoxu II-XI siniflər üzrə təhsil alacaq, 45 nəfər isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb ediləcək.


OXŞAR XƏBƏRLƏR

Daha bir marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Telman Kəlbiyev küçəsində kanalizasiya xəttinin çəkilməsi ilə əlaqədar fevralın 3-dən işlər yekunlaşanadək T.Kəlbiyev və Zən...

Fevral ayında bürcləri NƏLƏR GÖZLƏYİR?

Planetlərin hərəkətləri və enerjiləri birbaşa bürclərə təsir göstərir. Astroloqlar bu hərəkətləri şərh edir və bürclərə təsirlərini aşkar edirlər.   ...

Seçkilərlə bağlı MSK-ya daxil olan şikayətlərə baxıldı

Yanvarın 29-da keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olan müraciətlərə baxılıb.   Sfera.az xəbər verir ki...

Araz çayından qanunsuz balıq ovlayan şəxs saxlanıldı

Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən nəzarət-profilaktiki tədbirlər davam etdirilir.   Daxili İşlə...

Bu yolda hərəkət məhdudlaşdırılacaq - XƏBƏRDARLIQ

Binəqədi rayonunun Binəqədi qəsəbəsinin Telman Kəlbiyev küçəsində kanalizasiya xəttinin çəkilməsi ilə əlaqədar fevralın 3-dən işlər yekunlaşanadək T.Kəlbiyev və...

İbrahim Tatlısesə AĞIR İTKİ - FOTO

Müğənni İbrahim Tatlısesə ağlr itki üz verib.   Sfera.az xəbər verir ki, sənətçinin nağara ifaçısı Ahmet vəfat edib.   Bu barədə o, ö...