Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi BAŞLADI

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi BAŞLADI

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinə başlanılıb.

 

Sfera.az xəbər verir ki, prosesdə iştirak etmək istəyən şəxslər miq.edu.az/qy/ saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

 

Qarşılıqlı yerdəyişmə üçün istifadəyə verilən sayt tədris ili ərzində aktiv olacaq və namizədlər bu müddət ərzində sayta daxil olaraq qeydiyyatdan keçə bilərlər.

 

Qeydiyyat və saytın istifadə qaydalarına dair təlimat videosuna aşağıdakı linkə daxil olaraq baxa bilərsiniz: //youtu.be/UzutAmMm7T0

 

Qeyd edək ki, prosesdə dövlət ümumi təhsil müəssisələrində əsas iş yeri üzrə müddətsiz müqavilə əsasında müəllim olaraq çalışan və həmin iş yeri üzrə minimum 5 saat dərs yükünə sahib olan şəxslər iştirak edə bilərlər.

 

Müsabiqədə iştirak etmək üçün namizədlərin müəllimlərin işə qəbulu və ya diaqnostik qiymətləndirmə imtahanı nəticəsinin minimum 30 bal olması vacibdir.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Türkiyəli nazir müavini COP29-a qatıldı

Türkiyənin Ailə və Sosial Xidmətlər nazirinin müavini Adil Çalışkan Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransın...

100-dən çox xarici televiziya kanalı ilə bağlı tədbir görüldü

“Media haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan Respublikasında lisenziya alaraq fəaliyyət göstərən multipleks və platform...

Leyla Əliyeva Qlobal Liderlərin Dialoqunda iştirak etdi - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühit Naminə Qlobal Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 21-də COP29 Sədr...

Niyam Rəmişin xanımını işdən çıxardıb?

Aparıcı Zaur Kamal müğənni Niyam Salaminin mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülünü sahibi olduğu restoranda işdən çıxartdığını deyib. ...

Ən hündür və ən qısa qadınlar tarixdə ilk dəfə görüşdülər: Ortaq cəhətləri nələrdir?

Londonun “The Savoy” otelində qeyri-adi görüş baş tutub. Dünyanın ən qısa qadını, hindistanlı 30 yaşlı Cyoti Amge (boyu 63 sm) ilk dəfə planetin ən ...

Hesablama Palatası məlumat yaydı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında İşsizlikdən Sığorta Fondu investisiya fəaliyyəti barədə məlumat vermir.   Sfera.az xəbər verir...