Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçildi

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçildi

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçilib.


 
Bu barədə Sfera.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.


 
Sentyabrın 18-də “Beynəlxalq Etimad Kral Elmlər Akademiyası (“RASIT”)” qeyri-hökumət təşkilatı ilə Elm və Təhsil Nazirliyinin, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) və Təhsil İnsitutunun nümayəndələri arasında onlayn görüş keçirilib. Görüş zamanı Azərbaycanın qadın və qızların maarifləndirilməsi istiqamətindəki səylərini, eləcə də qadın və qızların elm və təhsil sahəsində aparıcı mövqe tutduğunu nəzərə alaraq, “RASIT” tərəfindən Azərbaycan 1 il müddətinə (sentyabr 2024 – sentyabr 2025) “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” elan edilib.


 
Görüşdə “RASIT”in icraçı direktoru şahzadə Nisreen əl-Haşimi, Mavritaniya İslam Respublikasının sabiq prezidenti Ameena Gurib-Fakim, Təhsil İnstitutunun (Tİ) direktor səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev, EATDA-nın Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov və digərləri iştirak ediblər. Görüşdə Azərbaycanın “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” mövzusuna həsr edilmiş loqo da təqdim olunub.


 
Qeyd edək ki, sözügedən müddət ərzində ölkəmizdə “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” kimi elm sahəsində çalışan qadın və qızların elmi tədqiqat bacarıqlarının artırılması üçün layihələrin həyata keçirilməsi, elm sahəsində olan müxtəlif tədqiqat qrant və təqaüdləri barədə universitet tələbələrinin məlumatlandırılması və eləcə də regionlarda təhsil alan qızların elm sahəsinə yönləndirilməsi üçün müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.


 
Mənzil qərargahı Amerika Birləşmiş Ştatlarında yerləşən “RASIT”-in fəaliyyətində Birləşmiş Millətlər Təşkilatının dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi, sosial-iqtisadi inkişaf və təhsil imkanlarının artırılması kimi məsələlər əsas yer tutur.


OXŞAR XƏBƏRLƏR

İcra hakimiyyətində ƏMƏLİYYAT - Vəzifəli şəxslər SAXLANILDILAR

Ağsu Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.   Sfera.az-ın xəbərə görə, hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatın icra hakimiy...

Xankəndidə illər sonra ilk toy - FOTOLAR

Xankəndi şəhərində illər sonra ilk toy mərasimi keçiriləcək.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bu gün tanınmış jurnalist Kərim Kərimli...

“Keşikçidağ"da elmi arxeoloji qazıntılar zamanı xeyli nümunələr aşkarlanıb -FOTO

Cari ilin 25 avqust-05 oktyabr 2024-cü il tarixlərində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxe...

Yerin müvəqqəti peyki planetimizə yaxınlaşmaqdadır

Sentyabr ayının sonunda 2024 PT5 asteroidi Yerə yaxınlaşaraq 56 gün müddətində onun müvəqqəti ikinci peykinə çevriləcək.   N.Tusi adına Şamaxı Astrof...

Mahir Emrelinin komandası məğlub oldu

Azərbaycan yığmasının üzvü Mahir Emrelinin formasını geyindiyi II Bundesliqa klubu "Nürnberq" növbəti matçında məğlub olub.   Sfera.az xəbə...

İran prezidenti sabah Nyu-Yorka səfər edəcək

İran Prezidenti Məsud Pezeşkian yüksək rütbəli nümayəndə heyətinin başçılığı ilə Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahına gedəcək. &n...